Tramvayda insanlıq dərsi verən gənc iraqlı çıxdı

Samsunda tramvayda insanlıq dərsi verən gəncin İraqlı olduğu ortaya çıxdı. Gəncin ayaqqabılarını verdiyi uşaq isə hələ axtarılır.
Samsunda tramvayda gənc, bir uşağın ayaqqabısının olmadığını fərq edərək, ayağındakı ayaqqabını çıxardıb ona geyindirdi. Ayaqqabılarını uşağa verən gənc sonra yoluna ayaqyalın davam etdi. O anlar tramvaydakı başqa bir adam tərəfindən cib telefonuyla qeydə alınıb. Fotonun ictimai mediada paylaşılmasından sonra mövzu bir anda Türkiyənin gündəmi oldu. Gəncin kim olduğu maraq mövzusu idi. İnsanlıq dərsi verən gəncin kimliyi Böyükşəhər Bələdiyyəsinin araşdırması nəticəsində məlum olub. Onun İraq vətəndaşı 21 yaşlı Məhəmməd Alsamaraie olduğu ortaya çıxıb. 4 ildir Türkiyədə olan Alsamaraienin 3 ildir Samsunda yaşadığı, sənayedə və inşaatda çalışdığı öyrənildi.