Turistlər üçün “Qaynar xətt” xidməti fəaliyyət göstərəcək
09:13 19.10.2018
Arxiv
443
Daha işbazlar əcnəbiləri aldada bilməyəcəklər
Ölkəmizdə turistlər üçün "Qaynar xətt” xidməti fəaliyyət göstərəcək. Bu barədə Azərbaycan Turizm Bürosunun Qonaq təcrübəsinin idarəedilməsi departamentinin rəhbəri Vüsal Şahbazov məlumat verib.
Departament rəhbəri bildirib ki, 24 saat ərzində ölkə daxilində və xaricində zəngləri qəbul edəcək "Qaynar xətt” ilk olaraq rus, ingilis, alman və ərəb dillərində fəaliyyət göstərəcək. Bu xidmət çərçivəsində turistlərə fövqəladə hallarda informasiya dəstəyinin göstərilməsi, nəqliyyat haqqında məlumatların verilməsi, təklif və şikayətlərin qəbul edilməsi nəzərdə tutulur.
Məlumdur ki, son illər Azərbaycana turist axını kəskin şəkildə artıb. Təbii ki, iqtisadi baxımdan bu artım ölkəmiz üçün səmərəlidir. Amma "qonaqpərvərlik” pərdəsi altında turistləri aldadan bəzi taksi sürücülərinin, satıcıların, hətta bələdçilərin olduğu da danılmazdır. Belə hallar turistlərin sayının azalması ilə bərabər ölkənin adına da xələl gətirir. Görünür, yeni sistemin yaradılması məhz bu cür məqamların aradan götürülməsi üçün nəzərdə tutulub.
Turizm üzrə ekspert Elxan Vəliyev də "Qaynar xətt”in yaradılmasını turizmin inkişafında əsas meyar olaraq görür. Ekspert "Şərq”ə bildirib ki, "Qaynar xətt”in yaradılması ölkəmizdə turizmlə bağlı məsələlərə daha ciddi yanaşıldığını göstərir:
"Son zamanlar Türkiyədə "turizm polisi” deyilən bir anlayış mövcuddur. Turizm polisləri xaricdən gələn vətəndaşları ölkənin maraqlı yerləri ilə tanış edərək bir növ bələdçi rolunu oynayırlar. Turistlərin gəzdirilməsi üçün xüsusi avtobuslardan da istifadə olunur. Bütün bunlar ölkənin şəxsi büdcəsi hesabına yerinə yetirilir.
Təəssüf ki, ölkəmizdə turistlərə qarşı hansısa hərc-mərclik, qiymət artımı və başqa cür aldadılma halları olur. Satıcıların, taksi sürücülərinin çoxu turistlərdən 2-3 qat artıq pul alırlar. Bu o deməkdir ki, bazardakı qiymətlərdə uyğunsuzluq yaranır. Beləliklə, növbəti dəfə gələn turist qruplarında azalma müşahidə olunur.
Ona görə bələdçilərin də xüsusi olaraq nəzarətdə saxlanması vacib məsələdir. Hansısa anlaşılmazlıq baş verərsə, turistlər yeni yaradılacaq "Qaynar xətt” vasitəsilə narazılıqlarını bildirə biləcəklər. Düşünürəm ki, yeni sistem turistlərin aldadılması ilə bağlı problemlərin aradan qalxmasına kömək olacaq”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm
Azərbaycan və Tacikistan Məkkə Konvensiyasını imzalayıb
18:04 28.10.2026
Gündəm
Azərbaycanda aliment artırılacaq
17:57 28.10.2026
Sosial
TRIPP Ermənistanın sülhə gedən yolunu qısaldır - ŞƏRH
17:36 28.10.2026
Cənubi Qafqaz