Turistləri aldadan dələduzlarla bağlı bir sıra cinayət işləri açılıb
14:05 05.09.2017
Arxiv
463
Azərbaycanda builki yay turizm mövsümü ərzində onlarla xoşagəlməz hal qeydə alınıb, bəziləri ilə bağlı cinayət işi açılıb.
Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib.
Onun sözlərinə görə, belə neqativ hallar hotellər, yeni açılmış turizm şirkətləri, özbaşına ekskursiya xidməti göstərən şəxslər, taksi sürücüləri, restoranlar tərəfindən edilib.
N.Bağırov qeyd edib ki, tanınmış hotellər də daxil olmaqla, bir neçə hoteldə turistlərə düzgün xidmətin göstərilməməsi, giriş və çıxış vaxtlarının düzgün müəyyənləşdirilməməsi halları baş verib.
Assosiasiya sədri əlavə edib ki, dünya standartlarına görə, hotellərə giriş gündüz saat 2-də, çıxış gündüz saat 12-də olur:
"Lakin çox hallarda turistlərin gözlədilməsi, hotellərin turist qəbuluna hazır olmadığı müşahidə edilib. Turistlər bəzən axşam saat 7-yədək otaqlarını təhvil ala bilməyiblər. Bu da müəyyən problemlər yaradıb. Bundan başqa, restoranlarda turistlərə, xüsusilə də ərəb turistlərinə bir neçə dəfə olduğundan yüksək qiymətlər təqdim edilib, bəzi turistlər taksi sürücüləri tərəfindən aldadılıb. Özünü bələdçi kimi qələmə verən insanlar Azərbaycanın tarixi, mədəniyyəti haqqında düzgün məlumat çatdırmayaraq turistləri aldadıblar”.
N.Bağırov təəssüflə qeyd edib ki, bir çox dələduzlar özlərini turizm şirkətinin təmsilçisi kimi qələmə verərək həm xarici, həm də yerli vətəndaşları aldadıblar.
N.Bağırov yay turizm mövsümündə belə turizm şirkətlərinin işi ilə bağlı da şikayətlərin olduğunu açıqlayıb:
"Bu mövsümdə onlarla belə hal qeydə alınıb. Bu şikayətlər həm hüquqi, həm də fiziki şəxslərlə bağlı edilib. Xaricə getmək istəyən yerli vətəndaşlar özünü turizm şirkətinin nümayəndələri kimi qələmə verən dələduzlar tərəfindən aldadıldıqlarını deyiblər. Bildiriblər ki, həmin nümayəndələrə xaricə tur təşkil etmək üçün pul ödəyiblər, əvəzində isə onlara saxta sənədlər təqdim edilib. Nəticədə onlar təyyarəsiz, xaricdə hotelsiz qalıblar. Başqa belə bir hal da olub. Azərbaycana gələn xaricilər burada sürücü ilə tanış olublar. O, özünü turizm şirkətinin rəhbəri kimi təqdim edib və əcnəbilərə əlaqə nömrəsini verib. Həmin əcnəbi də öz ölkəsinə qayıtdıqdan sonra o nömrəni qohumlarına verib. Onlar da pulu nəğd şəkildə həmin sürücüyə göndəriblər. Lakin aeroporta gəldikdə görüblər ki, sürücü yoxdur. Sözsüz ki, belə hallarla qarşılaşan turist öz ölkəsinə Azərbaycan haqqında xoşagəlməz fikirlərlə qayıdacaq. Ümid edirəm ki, gələn il bu məsələ həllini tapacaq və bu cür hallar olmayacaq”.
N.Bağırov bildirib ki, saxta turizm saytları açan və həmin sayt vasitəsilə ərəb ölkələrindəki turizm şirkətlərinə parntyorluq təklif edən şəxslər də olub: "Ərəblər həmin saytlara daxil olaraq onunla müqavilə bağlayıb, ödəmələr keçiriblər. Ancaq turistləri göndərdikdə məlum olub ki, həmin "şirkət”lərin internet saytı da, telefonları da bağlıdır”.
N.Bağırov əlavə edib ki, xaricə getmək istəyən və aldadılan yerli vətəndaşlarımızın şikayətləri ilə bağlı da hazırda bir neçə iş hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ bu ölkədə üçtərəfli görüş təklif etdi - Zelenski
16:35 25.09.2026
Dünya
Baş nazir və ailə üzvləri ölümlə hədələndi
16:21 25.09.2026
Dünya
İran nə hərb, nə də sülh vəziyyətində qalacaq - ŞƏRH
15:53 25.09.2026
Gündəm
“Xankəndi” Zaur Hacıyevlə yollarını ayırdı
15:39 25.09.2026
Futbol
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik edib
15:37 25.09.2026
Gündəm
Sel təhlükəsinə dair tədbirlər keçirilib
14:59 25.09.2026
Aktual
Türkiyə lideri: İranın daxili işlərinə qarışmaq olmaz
14:43 25.09.2026
Gündəm
Bakıda anbarda güclü yanğın başladı - FOTO
14:31 25.09.2026
Hadisə
Simonyan Azərbaycanı işarə elədi, Şevtsov hədələdi
14:18 25.09.2026
Gündəm
Braziliya millisində “10 nömrə”nin yeni sahibi müəyyənləşdi
14:11 25.09.2026
Futbol
Elm öyrənməklə əldə olunmur
13:07 25.09.2026
Elm və Təhsil
Tramp İranla danışıqlardan imtina etdi
12:57 25.09.2026
Dünya
“Paşinyan Ermənistanın Azərbaycandan asılı olduğunu bəyan etdi”
12:54 25.09.2026
Gündəm
SEPAH: ABŞ yeddi şərtimizi yerinə yetirənədək müharibə davam edəcək
12:48 25.09.2026
Dünya
Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başladı
12:39 25.09.2026
İdman