Türkiyə, Almaniya, Qazaxıstan...
20:27 27.09.2017
Arxiv
543
Əgər həmsədr ölkələrin tərkibinə dəyişiklik olsa, bu dövlətlər Azərbaycana daha uyğundur
"Gələn il ATƏT-in Minsk Qrupunun yaradılmasının 25 illiyi tamam olacaq. Bununla əlaqədar, Minsk Qrupunun tərkibinə yenidən baxıla bilər”. Bunu ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin deyib.
Təşkilat rəsmisi bəyan edib ki, o, Azərbaycan tərəfinin ATƏT-in Minsk Qrupunun fəaliyyətindən razı olmamasını başa düşür: "Çünki münaqişənin həllində faktiki heç bir irəliləyiş yoxdur. Problemi yalnız atəşkəsin pozulması zamanı yox, daim diqqət mərkəzində saxlamaq lazımdır. Mən öz tərəfimdən münaqişənin həlli üçün əlimdən gələni əsirgəməyəcəyəm. Lakin bununla kifayətlənmək olmaz. Yalnız ATƏT-in Minsk qrupunun üzvləri deyil, digər ölkələr də münaqişənin həllinə öz töhfələrini verməlidirlər. Biz özümüz də parlament üzvləri olaraq, müəyyən təşəbbüslər, təkliflər irəli sürməliyik. Bu təşəbbüslərdən biri kimi, səfərim zamanı Zəngilandan olan məcburi köçkünlərlə görüşdüm”.
Vigenin vurğulayıb ki, mövcud "status-kvo” ATƏT Parlament Assambleyası üçün qəbuledilməzdir və tezliklə sülh yolu ilə dəyişdirilməlidir. Əslində Minsk Qrupunun tərkibinin dəyişdirilməsi dəfələrlə müzakirə olunub. Tərkibin yenilənməsi, sayın artırılması, Türkiyənin həmsədr postuna gətirilməsi və s. təkliflər edilib. Lakin indiyə qədər heç bir təklif reallaşmayıb.
Məsələ ilə bağlı "Şərq”ə açıqlama verən siyasi elmlər namizədi, politoloq Zaur Məmmədov deyib ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin necə seçilməsi hamıya yaxşı məlumdur.
Ekspert bəyan edib ki, vaxtı ilə ABŞ Azərbaycanın təkidi ilə münaqişədə vasitəçi kimi iştirak etməyə başladı. Həmsədrlikdə təmsil olunan üç ölkə dünyadakı əksər siyasi proseslərlə, münaqişə ocaqları ilə bağlı əks mövqelərdən çıxış edirlər. Amma sıra Dağlıq Qarabağa gələndə hər üç dövlət vahid mövqe nümayiş etdirir. Çünki həmsədrlərin hamısı ikili standartlardan çıxış edirlər. Məsələn, həmsədr Fransanın Avropa qitəsi adından vasitəçi olması rəsmi Bakının mövqelərinə o qədər də uyğun deyil. Fransa daima qondarma erməni soyqırımı məsələsində kəskin mövqe tutur. Bu ölkə güclü erməni lobbisinə görə, ən öndədir. Əgər mütləq Avropadan iştirak olmalıdırsa, o zaman Almaniya Azərbaycan üçün daha uyğun olar. Həm də rəsmi Berlinin Avropanın siyasi proseslərdəki çəkisi xüsusi məzmun daşıyır. Region ölkələrini götürdükdə isə, qardaş Türkiyə, Qazaxıstan kimi ölkələrin həmsədr dövlətlər qismində təmsil olunması münasibdir. Lakin təəssüflər olsun ki, bu dövlətlərin həmsədr ölkələr kimi çıxış etmələrinə imkan verilmir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya