Türkiyə Azərbaycana və Orta Asiyaya yeni nəqliyyat marşrutu açır
13:18 22.05.2021
Arxiv
405
Türkiyə Azərbaycanla və Orta Asiyanın türk cümhuriyyətləri ilə əlaqəni təmin edən yeni nəqliyyat marşrutu açır.
“Report” Türkiyə mətbuatına istinadən xəbər verir.
Məlumatda deyilir ki, beynəlxalq “P&O Maritime Logistics” şirkətinin yeni gəmiçilik marşrutu Xəzər dənizi vasitəsilə Orta Asiyanı birbaşa Türkiyəyə birləşdirəcək.
Yeni marşrutla daha ucuz qiymətə müntəzəm konteyner daşınması həyata keçiriləcək. Bu, Türkiyə, Rusiya və Orta Asiya bazarları arasındakı ticarət həcmini artıracaq. Birdən çox nəqliyyat gəmisindən istifadə edəcək yeni xətt əsasən sənaye maşınlarını, inşaat materiallarını, tekstil məhsullarını, kosmetika və mərmər kimi məhsulları daşıyacaq. Yeni dəniz marşrutunun açılması bu bazarlarda fəaliyyət göstərən şirkətlər üçün mühüm üstünlüyü təmin edəcək.
Qeyd edilib ki, Türkiyə, Rusiya və Orta Asiya arasında ticarətdə səmərəliliyinin artırılması üçün böyük potensial var.
Xatırladaq ki, hazırda Avropadan Asiyaya Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti fəaliyyət göstərir. BTQ vasitəsilə yüklər Avropadan Asiyaya və əks istiqamətdə göndərilir. Həmçinin, Çin, Orta Asiya, Xəzər Dənizi və Qara Dəniz hövzələri və Avropa ölkələri arasında yük daşımaları dövriyyəsini təmin etmək üçün Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu yaradılıb. Hazırda bu marşutun potensialından Türkiyə, Azərbaycan, Orta Asiya ölkələri və digərləri istifadə edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Böyük hərbi plan: Aİ Ukrayna üçün 90 min hərbçi hazırladı
21:36 21.04.2026
Gündəm
Əli Əsədov Qazaxıstana işgüzar səfər edib
20:53 21.04.2026
Siyasət
Latviya Prezidenti Azərbaycana gəlib
20:38 21.04.2026
Rəsmi
Pakistan İrandan cavab gözləyir
20:30 21.04.2026
Dünya
2009-dan sonra doğulanlara ömürlük siqaret qadağası təsdiqlənib
20:07 21.04.2026
Sağlamlıq
“Son zəng” tədbirinin keçiriləcəyi tarix məlum olub
19:27 21.04.2026
Elm və Təhsil
CNN: Hörmüz boğazı ABŞ-İran danışıqlarının əsas mövzusu olacaq
19:04 21.04.2026
Dünya
Ukrayna "Drujba" neft kəmərinin təmirini başa çatdırıb
18:56 21.04.2026
Dünya
Putin sərhədyanı bölgələrdə vəziyyəti “çətin” adlandırıb
18:28 21.04.2026
Gündəm
İsmayıl Bəqai BƏƏ-də iranlıların həbsinə münasibət bildirib
18:10 21.04.2026
Dünya
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
18:03 21.04.2026
Region