Türkiyə ordusu 2 gündür Afrini mühasirədə saxlayır - "Le figaro" yazır





Dünəndən etibarən Türkiyə ordusu Suriyanın şimal-qərbində yerləşən Afrin şəhərini mühasirəyə alıb. 

"Sherg.az" "Le figaro.fr"ə istinadən xəbər verir ki, Türkiyə ordusu bu faktı təsdiqləyib və bəyan olunub ki, həmin ərazidə kürdlərdən ibarət və Amerikanımn dəstəklədiyi YPG terror qruplaşmalarına qarşı mübarizə daha da gücləndirləcək:

"Hərbi əməliyyatlar nəticəsində martın 12-dən etibarən Afrin mühasirəyə alınıb. Hətta ötən  həftənin 5-ci günü Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan da diqqətə çatdırıb ki, Türkiyə ordusu Afrini tamamilə  terrorçulardan tıəmizləyəcək". 

Bununla yanaşı yazıda qeyd olunur ki, Suriyada İnsan Hüquqlarının Qorunmasına dair müşahidəçi təşkilat Afrindəki əməliyyatlardan narahatlıq ifadə edib. Təşkilatdan bildirilib ki, Afrində hələ də çoxsaylı  mülki vətəndaşlar yaşayır: 

"Dorğudur, ötən gün yüzlərlə mülki vətəndaş oradan təxliyyə olundu, buna rəğmən hələ də xeyli sayda mülkii vətədaş qalmaqdadır". 

Tərcümə etdi:Ayyət Əhməd