Türkiyə XİN: İstanbulda İƏT ölkələrinin vasitəçiliyi üzrə ikinci konfrans keçiriləcək





İstanbulda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) üzv ölkələrinin vasitəçiliyi üzrə ikinci konfrans keçiriləcək.

Bu barədə Trend Türkiyə Xarici İşlər Nazirliyinə istinadən məlumat verir.

Qeyd olunur ki, İƏT konfransı noyabrın 29-u baş tutacaq.

Konfrans zamanı regional problemlər, eləcə də İƏT ölkələrində mövcud münaqişələr müzakirə olunacaq.

Xatırladaq ki, İƏT üzv ölkələrinin vasitəçiliyi üzrə birinci konfrans 2017-ci ildə İstanbulda keçirilmişdi.