Türkiyə Xüsusi Xidmət orqanları özündəki səhvləri tapmalıdır- ŞƏRH
10:16 27.12.2016
Arxiv
1080
Türkiyə Xüsusi Xidmət orqanları Rusiya səfirinin qətlinin araşdırılmasında ilk növbədə özündəki səhvləri tapmalıdır.
Bunu Sherg.az-a Türkiyənin daxili işlər naziri Süleyman Soylunun "Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun öldürülməsi terrorçunun şəxsi təşəbbüsü deyil, planlaşdırılmış hücumdur" iddiasını dəyərləndirərkən tanınmış analitik Arzu Nağıyev deyib.
Onun sözlərinə görə, istintaqla tanış olmadan, kənardan bu cinayətə müxtəlif cür "don geyindirmək" asandır:
"Silahlı şəxsin Rusiya kimi nəhəng dövlətin səfirinin ətrafında mühafizəçi kimi yer alması və səfirin çıxış etdiyi rəsmi məkana daxil olması artıq xüsusi xidmət orqanlarının səhlənkarlığının nəticəsidir. Məsələ ilə bağlı ən yaxşı dəyərləndirməni Rusiya prezidenti V. Putin verib. Ümumiyyətlə, belə hadisələr olduqda həm təqsirləndirici, həm də digər təsirlərdən yaranan versiyalar aid edilir. Düşünürəm ki, hər iki dövlətin xüsusi xidmət orqanları birlikdə araşdırmalar apardıqdan sonra dəqiq məlumat verə bilərlər. Qətli törədən şəxsin terror təşkilatları və ya hansısa sifarişçilər tərəfindən idarə edilməsi hələ də şübhə altındadır. Xüsusi xidmət orqanları sona qədər istintaqı aparmadan məlumat verməməlidir".
A. Nağıyev bildirib ki, qətlin törədilmə səbəblərinə diqqət etdikdə ilk olaraq Türkiyə və Rusiya arasında yaxşılaşan münasibətlərin korladılması cəhdini görürük:"
Demək olar ki, planlaşdıran tərəflər bu məqsədlərinə nail oldular. Əgər Rusiya və Türkiyə dövlət başçıları bununla bağlı açıqlamalar verməsəydi bəlkə də bu acınacaqlı sonluqla nəticələnə bilərdi. ABŞ və Avropa İttifaqı da səfirin qətli ilə bağlı bəyanatlarında terroru pislədiklərini bildirdilər. Ona görə də bununla bağlı tez fikir səsləndirilməməlidir. Təbii ki, bu cür ciddi terror aktlarının təkbaşına planlaşdırılması və həyata keçirilməsi qeyri-mümkündür. Diqqət çəkən bir məsələ var ki, həmin terrorçunun hərəkətlərindən, hətta tapançanı necə tutmasından belə xüsusi xidmət orqanlarının dəst-xətti aydın görünür. Bundan başqa, onun bəyanat verməsinə imkan verildikdən sonra məhv edilməsi şübhə doğurur. Bu baxımdan Türkiyə Xüsusi Xidmət orqanları öz aralarındakı sistemliliyi dəqiqləşdirməlidir".
Politoloq əlavə edib ki, A.Karlov adi səfir deyildi, o Yaxın və Orta Şərqdəki problemlərlə, xüsusilə Suriya məsələsinin həlli ilə yaxından fəaliyyət göstərib:
"Ona qarşı sui-qəsd elə Rusiyaya qarşı təxribatdır. Fikir versək görərik ki, Türkiyə xüsusi xidmət orqanlarının cinayəti və onu törədən şəxsin kimliyini hələ də aydınlaşdıra bilməməsi dövlətin iqtisadi, siyasi və hərbi qüdrətinə xələl gətirə bilər. Bütün bunların qarşısını almaq üçün Rusiya xidmət orqanlıarı ilə birgə tam və dəqiq bəyanatlar yayılmalıdır".
Qeyd edək ki, Türkiyənin daxili işlər naziri Süleyman Soylu Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun öldürülməsinin terrorçunun şəxsi təşəbbüsü deyil, planlaşdırılmış hücum olduğunu söyləyib.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranda dollar yenidən kəskin bahalaşdı
17:35 06.10.2026
İqtisadiyyat
Fazil Məmmədov nazir müavini təyin edildi
17:12 06.10.2026
Cəmiyyət
Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı
16:54 06.10.2026
Gündəm
Abşeron və Bakının 5 rayonunda su olmayacaq
16:48 06.10.2026
İnfrastruktur
Kənd yumurtası bahalaşdı - VİDEO
16:37 06.10.2026
Sosial
Zelenski: Rusiya Ukraynaya kütləvi zərbə hazırlayır
16:17 06.10.2026
Dünya
Bu şəxslərin ailəsinə 20 min manat birdəfəlik müavinət ödəniləcək
16:04 06.10.2026
Sosial
Bayramov ABŞ rəsmisi ilə görüşdü: İrəvanla normallaşma diqqətdə...
15:37 06.10.2026
Gündəm
Milli Məclisin iki komitəsinin birgə iclası keçirilir
15:25 06.10.2026
Aktual
ŞOK OLAY: Süni intellektlə “dirildi”, onu öldürən şəxsi bağışladı
14:58 06.10.2026
Hadisə
Oqtay Gözəlova yüksək vəzifə verildi
14:54 06.10.2026
Sağlamlıq
Azərbaycana məğlubiyyətə görə istefa verdi
14:51 06.10.2026
Futbol
Sərhədi keçən əsgərimizə görə - Ermənistanda istefalar başladı
14:51 06.10.2026
Gündəm