Türkiyədə mis mədənində şaxta uçub, ölənlər var

Şaxtada daha 15 mədənçinin qaldığı bildirilir




Türkiyənin Siirt əyalətində fəaliyyət göstərən mis mədənində şaxta uçub, nəticədə 4 nəfər ölüb.
APA-nın "CNN Turk”ə istinadən verdiyi xəbərə görə, Şirvanda yerləşən şaxtada uçqun partlayış nəticəsində baş verib. Hadisə yerinə çoxlu sayda təcili yardım maşını cəlb olunub.
Şaxtada daha 15 mədənçinin qaldığı bildirilir.
Səkkiz yük maşını və 3 mədən qurğusunun yerin altında qaldığı bildirilir.