Türkiyədə müalicə alan Firudin Cəlilovdan xəbər var





"Ciyərimdə bəzi problemlər yaranmışdı. Həkimlər müalicə edirlər. Dediklərinə görə, müalicə artıq yekunlaşıb. Hər şey yaxşıdır, bir-iki günə ölkəyə qayıdıram”
Xəbər verdiyimiz kimi, ötənlərdə Azərbaycanın sabiq təhsil naziri, türkoloq, professor Firudin Cəlilovun səhhəti pisləşib. Və müalicə üçüm Türkiyə yola düşüb.

"Sherg.az" olaraq F.Cəlilovun səhhəti ilə maraqlanmaq üçün özü ilə əlaqə saxladıq.

Türkiyədə müalicə aldığını təsdiqləyən F.Cəlilov qeyd etdi ki,hazırda xəstəxanadadır:

"Müalicə alıram. Artıq müalicəm yekunlaşır, bir neçə günə Bakıya qayıdıram. Narahatlığa əsas yoxdur. Mən iki aydan bir müayinə, müalicə üçün Türkiyəyə yollanıram. İndiyə qədər bir çox əməliyyatlar keçirmişəm. Ciyərimdə bəzi problemlər yaranmışdı. Həkimlər müalicə edirlər. Dediklərinə görə, müalicə artıq yekunlaşıb. Hər şey yaxşıdır, bir-iki günə ölkəyə qayıdıram”.

Aysel Aslan