Türkiyədə öldürülən "qanuni oğru" kimdir? - DOSYE
14:09 09.04.2018
Arxiv
806
Dünən axşam Türkiyədə qətlə yetirilən "qanuni oğru" 59 yaşlı Qayoz Zviadadze (Qiya Kutaisski) ilə bağlı bəzi məqamlar orta çıxıb.
Lent.az xəbər verir ki, 59 yaşlı "qanuni oğru" dünən Antalyanın Kəmər qəbəsində oğlu Giga Zviadadze ilə birlikdə güllələnib. Hadisə avtoritetin evinin yaxınlığında baş verib. Qiya Kutaisski aldığı güllə yarasından ölüb, lakin oğlu isə ağır vəziyyətdə mərkəzi xəstəxanaya çatdırılıb.
Bildirilir ki, Qiya azərbaycanlı kriminal avtoritet Nadir Səlifovla yaxın olub. Belə ki, "Quli” azadlığa çıxan kimi İstanbula gələrək onunla görüşüb. Daha sonra Nadir Səlifovun İstanbulda keçirdiyi ilk sxodkada iştirak edib və idarəçilik onda olub.
Qayoz Zviadadze kimdir?
"Qiya Kutaisski” 1959-cu ildə Gürcüstanda Kutaisi şəhərində anadan olub. İlk məhkumluğunu 1978-ci ildə yaşayıb. Kutaisi Məhkəməsi onu 2 il müddətinə azadlıqdan məhrum edib. 80-ci ildə azadlığa çıxan "Qiya” bir müddət sonra paytaxt Tbilisidə polis tərəfindən saxlanılır və 11 il müddətinə azadlıqdan məhrum edilir.
1990-cu ildə həbsdə olan zaman bir neçə gürcü avtoritet tərəfindən Qayoz Zviadadzeyə qanuni oğru adı verilib.
Azadlığa çıxan gənc kriminal "oğruların şəhəri” olan Moskvaya üz tutub. Burda kriminal qruplaşmalarda iştirak edib. 1999-cu ildə Moskvada həbs edilib. 3 il müddətinə azadlıqdan məhrum edilib. Həbsdən çıxandan sonra yenidən Kutaisiyə qayıdıb. Burda da bir neçə dəfə həbs edilsə də, tez bir müddətdə azadlığa çıxa bilib.
2003-cü ildə "qanuni oğru" adından məhrum edilsə də, həmin ildə Qiya öz adını geri qaytarmağı bacarıb.
"Qiya”nın erməni əsilli "qanuni oğru" Nodar Asoyanla ciddi konflikti olub.
Ötən ilin dekabrında Zviadadzenin adamları Asoyanın yaxın tərəfdarlarından olan Qoçu Alpaidzeni öldürmüşdülər. Baş verən hadisənin qisas olduğu da ehtimal edilir.
*****
Türkiyədə gürcü "qanuni oğru" öldürülüb.
Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, 59 yaşlı Qayoz Zviadadze (ləqəbi "Qiya Kutaisski”) İstanbulda qətlə yetirilib.
İlkin məlumata görə, Zviadadze Rostov şəhərinə nəzarət uğrunda erməni "qanuni oğru" Nodar Asoyanla konfliktdəydi. Ötən ilin dekabrında Zviadadzenin adamları Asoyanın yaxın tərəfdarlarından olan Qoçu Alpaidzeni öldürmüşdülər. Baş verən hadisənin qisas olduğu da ehtimal edilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabirabadda uşaq ölü doğulub - YENİLƏNİB
17:10 15.09.2026
Hadisə
Husilər: Səudiyyə Ərəbistanını hədəfə almaq qanuni haqqımızdır
17:01 15.09.2026
Dünya
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol
Bakıdakı tıxac problemini kritik həddə çatıb - Hüquqşünas
16:02 15.09.2026
İnfrastruktur
Hakan Çalhanoğlu zədələndi
15:49 15.09.2026
Futbol
Məhkuma poçtla göndərilmiş bağlamada narkotik aşkarlanıb
15:44 15.09.2026
Hadisə
Bu il Azərbaycana 600-dən çox elektromobil idxal edilib
15:33 15.09.2026
İqtisadiyyat