Türkiyənin İzmir şəhərində 84 miqrant saxlanılıb






Türkiyənin İzmir şəhərində ölkəyə qeyri-qanuni yolla daxil olan 84 miqrant saxlanılıb.

AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, təhlükəsizlik qüvvələri 39 Əfqanıstan vətəndaşını Madra çayı yaxınlığında qayığa minərkən saxlayıb.

Miqrantlar arasında 6 İraq və 39 Suriya vətəndaşı da var.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.