"Türkiyənin Qərbə münasibəti dəyişməyəcək" - İKİLİ STANDARTA GÖRƏ




"Türkiyəli rəsmilər qeyd edirlər ki, NATO-nun bayraqları endirməsi çox yaxşı haldır. Hətta Avropa paytaxtlarında, məsələn Parisdə Eyfel qülləsində, Berlində Brandenburq qapılarında Türkiyənin bayrağı asılmışdı. Belə olan halda türkiyəli rəsmilər soruşur ki, niyə PKK da qətliam törədəndə bayraqlar endirilmir, həmin şəhərlərdə Türkiyənin bayrağı dalğalanmır?" 

Bu sözləri Sherg.az-a İstanbulda 40 nəfərin ölümü 68 nəfərin yaralanmasına səbəb olan terraktdan sonra NATO-nun bayrağı endirməsinə münasibət bildirərkən politoloq Elxan Şahinoğlu deyib. Ekspertin fikrincə, türkiyəli rəsmilər bununla demək istəyirlər ki, Qərb ikili standartlardan əl çəkməyib:

" Onlar DAİŞ terrakt törədəndə pisləyirlər, PKK qətl törədəndə is susurlar. PKK-a dəstək verirlər. Bu da, Qərbin ikiüzlü siyasətini davam etdirməsindən xəbər verir. Bu mənada inanmıram ki, Türkiyə hakimiyyətinin Qərbə münasibəti müsbətə doğru dəyişsin. Tam əksinə türkiyəli rəsmilər deyirlər ki, "İncirlik" hərbi bazası kimə və nəyə lazımdır? Biz Suriyada savaşırıq, DAİŞ -lə savaş gedir, amma həmin hərbi bazadan Amerika təyyarələri havaya qalxıb bizə dəstək vermir. Bu da, ondan xəbər verir ki, rəsmi Ankara ilə Qərb arasındakı soyuqluq uzun müddət davam edəcək".

Ayyət