
Üç uşaq anasını vurub hadisə yerindən qaçan gəncin kimliyi bilindi
10:43 28.11.2017
Arxiv
680
Noyabrın 8-də saat 19:30-da Bayraq meydanı yaxınlığında 90-FO-007 dövlət nömrə nişanlı "Jeep Grand Cherokee” markalı avtomobillə 3 uşaq anası olan qadını vurub hadisə yerindən qaçan avtomobilin əsl sahibinin adı məlum olub.
"Ölkə.Az”-ın əldə etdiyi məlumata görə, 90-FO-007 dövlət nömrə nişanlı ağ rəngli "Jeep Grand Cherokee” avtomobilinin birbaşa sahibi Binəqədi rayonunda qeydiyyatda olan Məmmədsadıqova Pakilə Şəmiddin qızıdır. Həmin xanımın adına qara rəngli 90-OF-007 dövlət nömrə nişanlı digər "Jeep Grand Cherokee” avtomobili də var. Ancaq qara rəngli digər "Jeep Grand Cherokee” hazırda etibarnamə ilə 1962-ci il təvəllüdlü Şahbazov Əmrullah Şahbaz oğluna verilib.
Qeyd edək ki, 1975-ci il təvəllüdlü Könül Elton qızı Əkbərovanın dünyasını dəyişdiyi qəza noyabrın 8-də, saat 19:30-da Bayraq meydanı yaxınlığında baş verib. Həmin qəza zamanı 90-FO-007 dövlət nömrə nişanlı ağ rəngli "Jeep Grand Cherokee” avtomobili Könül Əkbərovanı vurub. Nəticədə 3 uşaq anası olan qadın hadisə yerində keçinib.

Könül Əkbərovanın anası, Bakı şəhər sakini Bəsti Qədim qızı Qədimova isə qızının həmin avtomobili idarə edən 17 yaşlı Rəhim adlı şəxs tərəfindən vurulduğunu söyləyib.
Bəsti Qədimova deyib ki, həmin vaxtı avtomobili 17 yaşlı Rəhim adlı gənc idarə edirmiş:
"Bildiyimə görə, Rəhim Bakı Dövlət Universitetinin 1-ci kurs tələbəsidir və Əmrullah Şahbazovun övladıdır. Qızımı maşınla vuran şəxs maşını orada qoyub və hadisə yerindən qaçıb. Sonradan bildik ki, həmin maşını Rəhim adlı 17 yaşlı bir oğlan idarə edib. Onlar 3-4 maşınla Salyan şosesində yerləşən "Manqal” restoranına gedirmişlər. Bunlar dövlətlilərin uşaqları olub, ad gününə, yeyib-içməyə gedirmişlər. Qəzanı törədib və maşını orada qoyaraq qaçıb. Qızıma yardım etməyiblər, xəstəxanaya aparmayıblar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə