Ekspert onu da əlavə edib ki, inkişaf etmiş ölkələrə nəzər saldıqda ünvanlı sosial yardımla bağlı çox ciddi meyarlara rast gəlinir:
"...ünvanlı sosial yardımın miqdarı artacaq" - ŞƏRH
15:47 14.03.2018
Arxiv
1708
"Sosial yardıma ehtiyacı olan insanlar dəqiq müəyyən olunarsa, onların aldığı məbləğin miqdarı artacaq”
Bu sözləri "Sherg.az”a ünvanlı sosial yardımların ayrılmasında yaranan neqativ hallardan danışarkən iqtisadçı-ekspert Natiq Cəfərli söyləyib.
O qeyd edib ki, uzun illərdir sosial yardımla bağlı problemlər yaşanır:
"Əhali arasında da ciddi narahatlıqlar var. İnsanlar düşünür ki, sosial yardım düzəltmək üçün ya rüşvət verməlisən, ya yardımın bir neçə ayını ƏƏSMN-ə bağışlamalısan. Belə məlumatlar insanlar arasında geniş yayılıb. Bu sahədə bir düzənləmələr olmalıdır. Ünvanlı sosial yardıma çıxış imkanları kifayət qədər sadələşməlidir. Yeni qaydalar gələcəksə, buna ciddi nəzarət olunmalıdır. Sosial yardıma ehtiyacı olanlar dəqiq müəyyən edilsə, dolayı yollarla yardım alanlar bu siyahadan çıxarılsa, o zaman ünvanlı sosial yardımların miqdarı artacaq. Hazırda sosial yardım alanların sayı çoxdur. Dövlət büdcəsindən ayrılan sosial yardımı bu adamlar arasında böldükdə verilən məbləğin miqdarı az olur. Amma aztəminatlı insanların sayı dəqiq müəyyən olunsa, bu zaman büdcədən ayrılan vəsaiti onlar arasında böldükd insanlara verilən məbləğin miqdarı çoxalacaq. Yəni meyarlar müəyyən olunmalıdır ki, əlavə söz söhbətlərə yer qalmasın".
Ekspert onu da əlavə edib ki, inkişaf etmiş ölkələrə nəzər saldıqda ünvanlı sosial yardımla bağlı çox ciddi meyarlara rast gəlinir:"Bu meyarlar əsasən yoxsulluq həddinin müəyyən olunması istiqamətində aparılan hesablamalarla əlaqədardır. Yəni minimum ərzaq zənbili, minimum təhsil , kommunal xərclər hesablanır. Əhalinin gəlirlərinin miqdarına baxılır. Doğurdan da yaşayış minimumundan aşağı dolanan və ailəsinə yaşayış minimumundan aşağı vəsait daxil olan insanlar elektron qaydada müəyyənləşdirilir. Onların elektron qaydada müraciətinə dövlət dərhal cavab verir. Avropa ölkələrinin çoxunda bu üsuldan istifadə olunur.
Əgər bura da insan faktoru önə çıxacaqsa, hər hansısa bir dövlət qurumuna səlahiyyət verilsə neqativ hallarında ortaya çıxması üçün şərait yaranacaq. Bu işdə insan faktorunu minimuma endirmək lazımdır".
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə