USAID-dən təhlükəli böcəklə bağlı Azərbaycana XƏBƏRDARLIQ
08:12 28.06.2018
Arxiv
432
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID), Azərbaycan Kənd Təsərrüfatı Tədris və İnkişaf Mərkəzi (AgroCenter) hökumət və özəl sektorun aqrobiznes mütəxəssislərini Azərbaycanın kənd təsərrüfatına ciddi təhlükə ilə bağlı xəbərdarlıq etmək üçün tədbir keçirib.
Bu haqda Modern.az-a ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Qəhvəyi qalxanlı zərərli bağacıqlar 200-dən çox çeşiddə meyvə və tərəvəzlərdə qidalanan bir zərərverici böcəkdir. Şərqi Asiyaya məxsus bu böcək Cənubi Qafqaz regionunda yeni zərərvericicidir və təkcə 2017-ci ildə Gürcüstanda 100 milyon dollardan çox meyvə və fındığı məhv edib.
Gündə 100 km-dən yuxarı məsafəyə və ya avtomobil və yük maşınlarında səyahət edə bildiyindən bu böcək uzun məsafələri asanlıqla qət etməklə Gürcüstan ərazisində sürətlə yayılıb.
Son zamanlar Şəmkirdə də aşkar edilib.
Səfirlikdən bildirilib ki, Zərərli bağacıq Azərbaycanda da Gürcüstanda olduğu kimi eyni sürətlə yayılarsa bu təhlükəni aradan qaldırmaq üçün dövlət və özəl sektorun təcili olaraq birgə işləmələrinə ehtiyac yaranacaq.
USAID 2017-ci ildə təhlükəni izləmək məqsədilə fəaliyyətə keçərək 2018-ci ildə monitorinq işlərinin genişləndirilməsini planlaşdırır. USAID, AgroCenter təşkilatı ilə birgə, Azərbaycanda bu zərərvericinin hücum edə biləcəyi bütün sahələri əhatələyən zərərli bağacığın izlənmə planını hazırlayıb.
USAID və AgroCenter bu təhlükə barədə məlumatlılığın artırılmasını davam etdirəcək.
Onlar Azərbaycan hökuməti ilə birgə bu zərərvericilərin Azərbaycanda iqtisadiyyat və kənd təsərrüfatı üçün həyati əhəmiyyət kəsb edən meyvə və fındıqlara hücum etməsinə qarşı fəaliyyət planının işlənib hazırlanması üçün hazırlıqlıdırlar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət