Uşaq gənclər inkişaf mərkəzlərinin də fəaliyyəti bərpa edilir - RƏSMİ


“Təhsil Nazirliyinin tabeliyində olan uşaq gənclər inkişaf mərkəzlərinin də fəaliyyəti 8 fevral tarixindən etibarən bərpa ediləcək”.

Oxu.Az-ın məlumatına görə, bu barədə bu gün keçirilən brifinqdə Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu məlumat verib.

O bildirib ki, söhbət özünün inzibati binası olan inkişaf mərkəzlərindən gedir:

“Əgər həmin mərkəzlərdə fiziki məsafənin qorunmasına imkan varsa, orada məşğələlərin keçirilməsi prosesinə başlanılacaq”.