Uşaqların boğazını silmək adəti ... - Həkimdən XƏBƏRDARLIQ
20:18 09.04.2019
Arxiv
1874
"Adətən angina, faringit zamanı el arasında boğazı silmək adəti var. Uşağı həkim yanına aparmaqdansa, daha çox analar əl altda olan vasitələrin köməyi ilə boğazı silirlər”.
E-tibb.az-ın xəbərinə görə, bunu Lor-cərrah, uzman həkim Elnur Ələkbərov "Ev şəraitində boğaz silmək adəti” adlı məqaləsində bildirib.
Həkim qeyd edib ki, boğazda ağrı, bədəndə isə temperaturun yüksəlməsi müşahidə olunursa, bu artıq bir siqnal rolunu oynayır. Damaq badamcıqlarındakı lakunalarda, yəni çökəkliklərdə küllü miqdarda infeksiya, müxtəlif qida qalıqları toplanır. Badamcıqlar təmizlənməsə, nəticədə xəstəlik daha ağır formada özünü təzahür edə bilər.
Uşağı xəstələnən valideyn hər hansı bir uzun alətin üzərinə pambıq dolayır, sonra lyuqol, yod, soda, furasilin kimi vasitələrə batırıb lakunada toplanmış çirki və infeksiyanı kənarlaşdırmağa çalışır. Bəzən bunun köməyi olur, əgər bunu edən şəxsin hər hansı bir səriştəsi və ya tibbi savadı olsa. Amma insanların çoxu hətta ev şəraitində belə boğazı düzgün silməyi bacarmır. Bu metodun fəsadı az deyil, uşağın badamcıqlarını zədələmək olar.
Əgər həkim yanına getmək istəmirsinizsə, ən azı daha təhlükəsiz yollardan istifadə etmək olar. Boğazı silməkdənsə, qarqara etmək məsləhətdir.
Ümumiyyətlə, hər hansı bir orqana müdaxilə etmək, özü də qeyri-peşəkar yolla, düzgün deyil. Baş verə biləcək fəsadlar arasında udlaqdan, damaq badamcıqlarından, yumşaq damaqdan qanaxma ehtimalıdır. Əlavə olaraq zədələnmiş selikli qişaya hər hansı bir infeksiyanın düşməsi mümkündür. Bu halda mövcud problem daha fəsadlı duruma çevrilə bilər. Bu məntiqlə ev şəraitində boğaz silmək əks göstərişdir. Amma həkim bu proseduru xüsusi dərman və tibbi alətlərin vasitəsilə müəyyən durumlarda icra edə bilər.
Lakunanı tam təmizləmək ev şəraitində mümkünsüzdür. Stasionar şəraitdə həkim boğazdakı infeksiya mənbəyini qırtlağı, badamcıqları zədələmədən kənarlaşdırır. Ev şəraitində reallaşan yarımçıq prosedurlar angina və soyuqdəymənin qış-yaz mövsümündə təkrarlanmasına zəmin yaradır. Müalicəni həkim nəzarəti altında reallaşdırmaq gələcəkdə mümkün ola biləcək xəstəlikləri qabaqlamağa şərait yaradır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər - FOTO
16:16 12.10.2026
Aktual
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
15:51 12.10.2026
Gündəm
Qaradağda məktəb direktorunun maşını yandırılıb
15:49 12.10.2026
Hadisə
Azərbaycan Türk Ocağı MÜRACİƏT ÜNVANLAYIB
15:47 12.10.2026
Aktual
Separatizmin sonu ədalət məhkəməsidir - RƏY
15:21 12.10.2026
Aktual
Putin Ukraynada seçki günü atəşkəsə hazırdır
15:12 12.10.2026
Dünya
Babək rayonunda üçəm doğulub
14:54 12.10.2026
Cəmiyyət
Şakira Qırğızıstana 30 milyon dollar qazandıracaq
14:51 12.10.2026
Mədəniyyət
Avropa İttifaqı Rusiyaya qarşı 1600 yeni sanksiya tətbiq edəcək
14:37 12.10.2026
Dünya
Lavrov: Zelenski atəşkəsə layiq deyil
14:31 12.10.2026
Dünya
“Şiddət heç vaxt çıxış yolu deyil” - EKSPERT
14:10 12.10.2026
Cəmiyyət
ATƏT sədri Gürcüstana səfər edəcək
13:56 12.10.2026
Dünya
Rusiyada azərbaycanlıların olduğu gəmi VURULDU
13:30 12.10.2026
Hadisə
“Bu, təhsilin inkişafına xidmət edir” - Misir Mərdanov
13:20 12.10.2026
Elm və Təhsil
Ətin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA
13:02 12.10.2026
İqtisadiyyat