Usta hündürlükdən yıxılaraq ağır xəsarət alıb





Daşkəsən sakini hündürlükdən yıxılaraq ağır xəsarət alıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Daşkəsən qəsəbə sakini, 1984-cü il təvəllüdlü Məmmədov Arzu İsrail oğlu usta kimi işlədiyi tikintidə dam örtüyünü təmir edərkən yıxılıb.


O, dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.