“Maksimum 5 il ərzində azərbaycanlılarla ermənilər sülh şəraitində yaşamağa başlayacaqlar”
“Köçəryan-Sarkisyan quldur rejimi zorla hakimiyyətdən uzaqlaşdırılacaq”
"1915-ci ildə ermənilərin genosidə məruz qalması məsələsində ziddiyyətlər var”. Bunu dünən
Bakıda keçirilən beynəlxalq konfrans çərçivəsində çıxış edən Ermənistan "Milli Azadlıq
Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan deyib.
Martirosyan bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məsələnin obyektiv
araşdırılması üçün arxivlərin açılmasını təklif edib: "Ərdoğan arxivlərin açılmasını istəyir,
Rusiya isə bundan boyun qaçırır. Ona görə də bu məsələ tam açıqlığa qovuşmayıb. Milyonlarla
vəsait xərcləyib bunu genosid kimi təqdim edə bilərsiniz, ancaq bu, məsələnin həll yolu deyil”.
"Ermənistan iqtisadiyyatı defolt vəziyyətindədir”
Erməni hüquq müdafiəçisi deyib ki, ağaları bir söz demədən Serj Sarkisyan Dağlıq Qarabağdakı
oyuncaq rejimi tanıya bilməz: "Beynəlxalq hüquq nöqteyi-nəzərindən bu, mümkünsüzdür.
Ermənistan gəncləri bu gün Dağlıq Qarabağda hərbi xidmət keçir. Aprel qarşıdurmasında
Qarabağda qurban verilənlərin 90 faizi Ermənistandakı kasıb ailələrinin uşaqları idi. Digər
tərəfdən, mövcud rejim erməni cəmiyyətinə Türkiyəyə qarşı nifrət ruhu aşılamağa çalışır. Ancaq
Türkiyə geyim və ərzaqla Ermənistanı təmin edir. Ermənistan iqtisadiyyatı defolt
vəziyyətindədir”.
"Qarabağda referendum keçirilsə, əhalinin 80 faizi Azərbaycanın
tərkibində qalmağa səs verər”
Martirosyan bildirib ki, Qarabağda əhali iki yerə ayrılıb: "Bunların biri elitadır və oyuncaq
Dağlıq Qarabağ prezidentinin ətrafında olan insanlardır. Əhalinin əksəriyyəti isə acınacaqlı
durumdadır. Qarabağda referendum keçirilsə, əhalinin 80 faizi Qarabağın Azərbaycanıntərkibində qalmasına səs verəcək. Onların suyu, ərzağı yoxdur. Qarabağı Arsax yox, Kolumbiya
adlandırmaq olar. Hazırda ora narkotik və qanunsuz silahlar üçün əlverişli yerdir”.
Dünyada heç vaxt quldurluq beynəlxalq hüquqa qalib gəlməyib
Vaan Martirosyan bildirib ki, maksimum 5 il ərzində azərbaycanlılarla ermənilər sülh şəraitində
yaşamağa başlayacaqlar: "Bu, mənim proqnozumdur. Xalq diplomatiyası sayəsində bunlar
mümkün olacaq. Dağlıq Qarabağ münaqişəsi həllini tapacaq. Buna mane olmağa çalışan
Köçəryan-Sarkisyan rejimi isə quldur rejimdir. Dünyada heç vaxt quldurluq beynəlxalq hüquqa
qalib gəlməyib. Bu quldur rejim zora əsaslandığı üçün zorla da hakimiyyətdən
uzaqlaşdırılacaqlar”.
V.Martirosyan müharibədə övladlarını itirən erməni valideynlərinin hamıdan əvvəl sülhə razı
olacağını vurğulayıb: "Çünki onların övladları öz evlərini müdafiə edərkən həyatlarını
itirməyiblər”.
"Ermənistan cəmiyyətində Qarabağın ölkəyə heç nə vermədiyi açıq şəkildə deyilir”
Martirosyan bildirib ki, Ermənistan KİV son 20 ildə cəmiyyətin zombiləşdirilməsi ilə məşğul
olub: "Ermənistan cəmiyyətində son 2-3 ildə belə tendensiya formalaşıb. Müxalifətin mitinq və
yığıncaqlarında, sosial şəbəkələrdə Qarabağın onlara ağrı-acı, qan və pislikdən başqa heç nə
vermədiyini açıq şəkildə deyirlər. Əvvəllər belə deyildi. Çünki dediyim kimi, Ermənistan KİV-i
cəmiyyətin zombiləşdirilməsi ilə məşğul olub”.
"Ermənistanda məscidlər dağıdılır, Azərbaycanla bağlı tarix yenidən yazılır”
V.Martirosyan Azərbaycanın müxtəlif rayonlarında müqəddəs erməni ziyarətgahlarının
olduğunu və onların mühafizə edildiyini bildirib: "Azərbaycan və Ermənistan QHT-ləri,
yazıçılar, publisistlər, müxtəlif ictimai xadimlər xalqlara barışıq vaxtının çatdığı fikrini
aşılamalıdır. Ermənistan KİV-i burada danışdıqlarımız və müzakirə olunan məsələlər barədə
həqiqəti yazmayacaq və ya olanları Ermənistan hakimiyyətinin xeyrinə təhrif edəcəklər. Amma
səfirliklər və Azərbaycan KİV nümayəndələrinin dəstəyi ilə burada müzakirə olunan məsələləri
dünya ictimaiyyətinin diqqətinə çatdıra biləcəyik”. Onun sözlərinə görə, bu, Azərbaycanın
müvafiq formatı dəstəkləyərək Ermənistanla barışıq üçün növbəti addımları atdığı ilk hal deyil:
"Ermənistan hakimiyyətində Xocalı soyqırımını törədən və bu gün də öz xalqına qarşı soyqırımı
həyata keçirən insanlar var. Onlar Bakıda dövlət tərəfindən mühafizə olunan erməni kilsəsinin
olduğunu əhalidən gizlədirlər. Çünki Ermənistanda vəziyyət tamamilə bunun əksidir. Orada
məscidlər dağıdılır, Azərbaycanla bağlı tarix silinir.
İsmayıl