Vaşinqton Rusiyanın Xəzərdəki fəallığından narahatdır
09:15 10.12.2016
Arxiv
714
Barak Obama administrasiyasının ömrünə ay yarım vaxt qalsa da, Dövlət Departamenti müxtəlif iqtiqamətlərdə fəallığını azaltmır. Yeni prezident Donald Tramp Barak Obamadan fərqli siyasət aparacağını bildirib. Bu o deməkdir ki, Dövlət Departamentinin hədəfləri dəyişə bilər. Məsələn, Tramp deyib ki, onun prezidentliyi dövründə ABŞ başqa ölkələrin daxili işlərinə qarışmayacaq. Bu o deməkdirmi ki, Trampın prezidentliyi dövründə Amerika üçün hər zaman həssas olan insan haqları və demokratiya mövzuları arxa plana keçəcək? Keçəcəksə, demək Amerikanın xarici siyasətindəki əsas prioritetlərdən biri dəyişəcək.
Bu barədə Sherg.az-a "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirrib.
Ekspertin sözlərinə görə, bu arada, Dövlət Departamentinin xətti ilə Azərbaycana səfər edən amerikalı diplomatların sayı artıb:
" Dekabrın 6-da Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun enerji diplomatiyası ofisinin direktoru Uilyam Silkvort Azərbaycana səfər etdi. Bakıdakı görüşlərdə əsas müzakirə mövzularından biri TAP və TANAP layihələri oldu.
Rəsmi Bakı bu iki layihənin reallaşmasında Vaşinqtonun verdiyi dəstəkdən məmnundur. Türkiyə ilə Rusiyanın "türk axını” layihəsində razılaşması Avropanın qaz bazarı uğrunda rəqabəti gücləndirəcək. ABŞ və Avropa İttifaqı daha çox Azərbaycan qazının ixracında maraqlıdırlar. Ancaq Rusiya tələsir və "türk axını” layihəsini TAP və TANAP-dan əvvəl istismara buraxmaq istəyir. Ona görə də belə bir məqamda rəsmi Bakının Vaşinqtonun dəstəyinə daha çox ehtiyacı var. Vaşinqton Avropa İttifaqı ölkələri daha sıx dialoq aparmalıdır ki, bu dövlətlər ilk növbədə Azərbaycan qazını alsınlar. Rəsmi Bakının Donald Tramp administrasiyasının da enerji məsələlərində Azərbaycana dəstəyini davam etdirməsini arzulayır.
E.Şahinoğlu düşünür ki, ABŞ-ın hazırki administrasiyası Rusiyanın Cənubi Qafqazda fəallaşmasından da narahatdır: "
Məsələn, ABŞ-ın Hərbi Hava Qüvvələri naziri Debora Li Ceyms "Reuters” agentliyinə müsahibəsində bildirib ki, Rusiyanın Aralıq və Xəzər dənizlərində hərbi fəallığı artmaqdadır və Amerika bundan narahatdır. Nazir, həmçinin "Rusiya ABŞ üçün bir nömrəli təhlükə mənbəyidir” fikrini səsləndirib.
Rusiyanın Xəzərdə hərbi fəallığını artırmaqda iki məqsədi var:
Birinci məqsəd odur ki, Rusiyanın Xəzərdəki hərbi dəniz qüvvələri lider olmalıdır və bütün sahilyanı dövlətlər bu faktorla hesablaşmalıdırlar.
İkinci məqsəd isə odur ki, Rusiya sahil dövlətlərini Xəzərdə birgə hərbi təlimlərə və əməkdaşlığa cəlb etmək istəyir ki, bu dövlətlər ABŞ-ın Xəzərdə mümkün fəallığına imkan verməsinlər.
Kremlin Xəzərdəki bu iki məqsədi Vaşinqtonu narahat edir. Ancaq Vaşinqtonun bu prosesə mane olmaq üçün əlində alətləri yoxdur. Donald Tramp administrasiyası Rusiyanın Xəzərdəki hərbi fəallığını artırmasına isə ümumiyyətlə əhəmiyyət verməyə bilər".
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
II Qareginin qardaşı və qardaşı oğlu təqsirli biliniblər
19:17 08.10.2026
Cənubi Qafqaz
HƏMAS-ın hərbi qanadının komandiri öldürüldü
19:09 08.10.2026
Dünya
BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisi ilə görüş keçirilib
18:35 08.10.2026
Gündəm
Beynəlxalq səyyahlar Ağdamda olublar - YENİLƏNİB
18:30 08.10.2026
Sosial
Türkiyənin F-35 proqramına qayıtması mümkündür - Hərbi ekspert
18:10 08.10.2026
Gündəm
Abbas Əraqçi: ABŞ-dən təkliflər almışıq, tezliklə cavab verəcəyik
18:01 08.10.2026
Aktual
Zaxarovanın sözləri Almaniyaya təhdid mesajıdır - POLİTOLOQ
17:53 08.10.2026
Siyasət
Pezeşkian Xəzər dənizi ilə bağlı xəbərdarlıq etdi
17:35 08.10.2026
Cəmiyyət
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə