A.Əbilov düşünür ki, vaynlarına yaş senzi qoymaq bir az çətindir:
"Vaynerlərlə bağlı dövlətin konsepsiyası olmalıdır" - Söyüş və açıq-saçıq səhnələr
10:01 09.04.2018
Arxiv
1379
"Vaynların ciddi incəsənət sahəsinə çevrilməsi üçün bir çox ali məktəbdə fakültələr açılmalıdır. Azərbaycanda bunlar yoxdur. O da vaynerlərin açıq-saçıq geyim və ya söyüşlərdən istifadə etməsinə gətirib çıxarır"Bu yeni sənət növüdür. Biz maraqlanmasaq, onda bunu bizə qarşı istifadə edərlər”
A.Əbilov düşünür ki, vaynlarına yaş senzi qoymaq bir az çətindir:
"Vaynerlərin düzgün sənət göstərməsi üçün İncəsənət universiteti və başqa ali məktəblərdə universitetlərdə bununla bağlı fakültələr və kurslar hazırlanmalıdır”
Bu sözlər "Sherg.az”a son vaxtlar çəkilən vaynlarda söyüş, açıq-saçıq geyimdən,18+ səhnələrdən həddən çox istifadə edilməsi barədə danışarkən kurtuloroq Aydın Xan Əbilov deyib.
Onun sözlərinə görə, vaynerlərlə bağlı bir çox cəhətlər mövcuddur:
"Bu cəhətlər özünü həm həyatda, həm də sosial şəbəkələrdə göstərməyə başlayıb. Onlardan biri də müəyyən sahələrin birləşməsindən yeni sənət növlərinin , yeni ifadə formalarının, obrazların meydana gəlməsidir. Vaynerlər bir dəqiqədən az olan videolardan istifadə edir.
Yeni nəsil gənclərimiz tərəfindən çəkilən vayn vasitəsi ilə öz fikirlərini, mövqeylərini ortaya qoyurlar. Bu istər dünyada, istərsə də Azərbaycanda gənclərimiz tərəfindən yaradılan və inkişaf etdirilən bir sənət sahəsinə çevrilməkdədir. İstəsək də, istəməsək də bu, sənət və düşüncə yeniliyidir.
Artıq beş ilə yaxındır ki, Azərbaycanda kiçik video çarxlar vasitəsi ilə öz fikirlərini cəmiyyətə çatdıran virtual nəslin nümayəndələrinin yaradıcılığını müşahidə edirik. Sözsüz ki,hər bir sənətin müəyyən inkişaf yolları var. Vaynerliyin də müəyyən tərəqqi üsulu olub. Əvvəllər vayn çəkənlər yeniyetmə idi. Sonradan onlar yaşlaşdı.
Bununla dabir çox məsələlərə ciddi yanaşmalar oldu. Onlar çəkdiyi vaynlarda bir çox məsələlərə toxunmağa başlayır. Həmin mövzular ictimai, sosial, iqtisadi bəzən də siyasi motivdə olur. Bəzi insanlar buna normal yanaşmır. Amma normal qarşılanmalıdır. İnternetin geniş imkanları və maarifləndirici tərəfləri ilə yanaşı mənfi xüsusiyyətləri də var. Yəni hər kəsin açıq-saçıq vasitələrə əlinin çatması onun mənfi tərəflərindən biridir. Bunun qarşısını almaq mümkün deyil".
A.Əbilov düşünür ki, vaynlarına yaş senzi qoymaq bir az çətindir:"Məsələn, Təhsil Nazirliyinin nəzdində internet dissertasiyası ilə bağlı komissiyanın üzvü olarkən çıxış edib bildirdim ki, məktəblərdə internetlə bağlı yaş senzini qoysaq, uşaqlar ora evde telefonla, smartfonlarla daxil olacaqlar. Ən yaxşı variant odur ki, interneti Azərbaycan dilində olan resurslarla zənginləşdirək. O cümlədən İncəsənət Universiteti və bir ali məktəbdə vaynların hazırlanması, onların ciddi incəsənət sahəsinə çevrilməsi üçün müəyyən fakültələr, kurslar açılmalıdır.
Təəssüflər ki, Azərbaycanda bunlar yoxdur. O da vaynerlərin səhnələrdə açıq-saçıq geyim və ya söyüşlərdən istifadə etməsinə gətirib çıxarır. Söyüş və açıq-saçıq geyimlər isə gənclər və yeniyetmələr tərəfindən həvəslə qəbul olunur.
Vaynlarında söyüş və hətta 18 yaşdan yuxarı kateqoriyaya çox yer ayrılır.Bu isə onu göstərir ki, vaynlar həm sosial medianın bir janırı, həm də mədəniyyət janrı olaraq bu sahə ilə bağlı araşdırmaların aparılmasını zəruri edir. Təəssüf ki, Azərbaycanda bu araşdırmalar aparılmır. Amma söyüşə söyüşlə cavab vermə psixologiyası hələ də davam edir. Bununla bağlı bir neçə araşdırmam var. Sosial media və televizyalarda cıxışlar etmişəm. Orada da söyləmişəm ki, bunların ciddi araşdırmaya ehdiyacı var. Bu araşdırmalardan cıxış edib, vaynerlərlə bağlı dövlətin müəyyən konsepsiyası olmalıdır. Çünki bu yeni sənət növüdür. Biz maraqlanmasaq, onda bunu bizə qarşı istifadə edərlər”.
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zakir Həsənov Belarus müdafiə naziri ilə görüşüb - VİDEO
18:11 15.09.2026
Gündəm
Zaxarova: Paşinyana belə də çatdırın, onu lənətləyəcəklər
17:53 15.09.2026
Siyasət
Kriştianu Ronaldu "Əl-Nəsr" klubunun sahiblərindən biri ola bilər
17:39 15.09.2026
Futbol
Sabirabadda uşaq ölü doğulub - YENİLƏNİB
17:10 15.09.2026
Hadisə
“Azərşəkər”dən kiçik məktəblilərə böyük sevinc
17:10 15.09.2026
Ölkə
108 İLİN XATİRƏSİ: Türk ordusunun Naxçıvana köməyi
17:09 15.09.2026
Tarix
Husilər: Səudiyyə Ərəbistanını hədəfə almaq qanuni haqqımızdır
17:01 15.09.2026
Dünya
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol