Vergidən azadolunma ilə bağlı reyestr yaradılacaq
16:48 28.06.2018
Arxiv
475
Vergi və gömrük ödənişlərindən azadolunma hallarına nəzarət mexanizminin təşkili ilə bağlı icraçı dövlət qurumları müəyyənləşdirilib.
APA-nın məlumatına görə, Prezident İlham Əliyevin bu gün imzaladığı "İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncamına əsasən icraçı dövlət qurumları qismində Dövlət Gömrük Komitəsi, Maliyyə, Vergilər və İqtisadiyyat Nazirlikləri çıxış edəcək.
İcraçı dövlət qurumları tərəfindən vergi və gömrük sahəsində qanunvericiliklə müəyyən edilmiş güzəştlərin büdcə gəlirlərinə və sahibkarlıq subyektlərinin fəaliyyətinə təsirinin qiymətləndirilməli, idxal-ixrac əməliyyatlarında, habelə ölkə daxilində vergi və gömrük rüsumlarından azadolunma halları barədə məlumatlara dair mərkəzləşdirilmiş reyestrin yaradılması və aidiyyəti qurumların həmin məlumatlara çıxışının təmin edilməlidir.
Bundan başqa, tədbirlər planına əsasən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən texnologiyalar parklarının, İqtisadiyyat Nazirliyi tərəfindən isə sənaye parklarının idarəedici təşkilatına, operatoruna və rezidentlərinə, habelə investisiya təşviqi sənədi almış şəxslərə idxal zamanı gömrük rüsumlarından və əlavə dəyər vergisindən azadolunma hüququndan istifadə məqsədilə verilmiş təsdiqedici sənədlərə dair məlumatların həmin sənədin verildiyi tarixdən 3 iş günü müddətində Dövlət Gömrük Komitəsinə, Vergilər Nazirliyinə və Maliyyə Nazirliyinə müvafiq məlumatlar təqdim edilməlidir. Bununla bağlı Nazirlər Kabineti "Vergi və gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi Qaydaları”nı təsdiqləyəcək və aidiyyəti normativ hüquqi aktlarda dəyişikliklər eidləcək.
Nəzərdə tutulan tədbirlər bu ilin dekabrın 1-dək icra olunmalıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət