Ekspert hesab edir ki, vətəndaşların banklara etimadının yenidən bərpası üçün 5-6 il vaxt lazımdır:
"Vətəndaşlarla banklar arasında məhkəmə çəkişmələri çoxalır"
12:39 10.04.2018
Arxiv
974
"Banklara manatla qoyulan əmanətin, dollarla qoyulan əmanətdən nisbətən çox gəlir gətirməsi manatla qoyulan əmanətlərin miqdarını artırıb”
Bunu "Sherg.az”a son zamanlarda banklara qoyulan əmanətlərin miqdarında müşahidə edilən artımdan danışarkən iqtisadçı-ekspert Fuad İbrahimli bildirib.
Onun sözlərinə görə, statistik məlumatlar tamamilə doğrudur:
"Ötən illə müqayisədə bu il banklara qoyulan depozitlərin həcimi artıb. Bu artım konkret şəkildə göstərilir. Buna bir neçə prizmadan yanaşmaq lazımdır. Birincisi, xarici valyuta ilə qoyulan depozitlərin azalması hazırda respublikamızda bankların dollarla olan əmanətlərə yüksək faiz verməməsi ilə bağlıdır. İkincisi də, xarici valyutanı insanlar öz evlərində saxlamaq istəyirlər. Valyutalarını öz şəxsi bizneslərinə qoyurlar. Manatla olan əmanətlərin artmasına gəlincə, bunu əhalinin banklara etibarının artmasi ilə izh etməzdim. Sadəcə, burada iki məqam var. Birincisi, biznes mühitinin tamamilə korlanması yəni, alternativ yatırım mənbələrinin olmamasını nəzərə almaq lazımdır. Bu nöqteyi nəzərdən diversifikasya edib əmanətlərinin bir hissəsini bir yerdə, bir hissəsini isə başqa yerdə saxlayır. O cümlədən də manatla olan əmanətlərə yüksək faiz verdikləri üçün əhalinin bir hissəsi gəlir baxımından bunu özlərinə daha əlverişli hesab edirlər. Buna görə də, manatla olan əmanətlərin miqdarı artıb. Baxın, həyat dayanmayıb, davam edir. Nəsil dəyişir, yeni nəsil gəlir. İki il ərzində bazar münasibətlərində yeni nəsil formalaşır. Devalvasiyalar zamanı ziyanla üzləşməyən insanlar da mövcuddur. İndiki dövrdə alternativ gəlir mənbələri çox mürəkkəbləşib və azalıb. Bu mənada insanlar banklara manatla əmanət qoymağı daha əlverişli hesab edirlər. Manatla qoyulan əmanətin faizlə gəliri xarici valyuta ilə müqayisədə çoxdur. Bu da banklara manatla qoyulan əmanətlərin miqdarının artmasına gətirib çıxarır".
Ekspert hesab edir ki, vətəndaşların banklara etimadının yenidən bərpası üçün 5-6 il vaxt lazımdır:"Bu vaxt ərzində bank və maliyyə sistemində dayanıqlı addımlar atılmalıdır. Bu dayanıqlılıq müşahidə olunandan sonra vətəndaşların banklara inamı güclənəcək. Cəmiyyətdə bankla vətəndaş arasında həll olunmamış problemli kreditlər məsələsi var. Bu, dollarla götürülən kreditlər və digər kreditlərin problemidir. Vətəndaşlarla banklar arasında məhkəmə çəkişmələri getdikcə çoxalır. Vətəndaşlar öz qoyduqları kapitalları bağlanmış banklardan çıxartmaqda əziyyət çəkir. Bütün bunlar həll olunmasa, kütləvi formada banklara olan inam, etibardan danışmaq tez olacaq”.
Qeyd edək ki, 2018-ci ilin fevral ayında əhali tərəfindən banklara yerləşdirilən əmanətlərin həcmi 7 mlrd. 750,3 mln. manat təşkil edib ki, bunun da 2 mlrd. 935,2 mln. manatı (37,87%) milli valyuta, 4 mlrd. 815,1 mln. manatı (62,13%) isə xarici valyuta ilə yerləşdirilib. 2017-ci ilin analoji dövrü ilə müqayisədə əhalinin banklarda manatda yerləşdirdiyi əmanətlərin həcmi 1 mlrd. 454,7 mln. manat və ya 2 dəfə artıb. Xarici valyutada yerləşdirilən əmanətlərin həcmində isə 823 mln. manat və ya 14,6% azalma var. Bununla yanaşı, cari ilin yanvar ayı ilə müqayisədə fevralda manatda olan əmanətlərin həcmi 405,6 mln. manat və ya 16,03% artıb, xarici valyutada olan əmanətlərin həcmi isə 152,3 mln. manat və ya 3,1% azalıb.
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol
Bakıdakı tıxac problemini kritik həddə çatıb - Hüquqşünas
16:02 15.09.2026
İnfrastruktur
Hakan Çalhanoğlu zədələndi
15:49 15.09.2026
Futbol
Məhkuma poçtla göndərilmiş bağlamada narkotik aşkarlanıb
15:44 15.09.2026
Hadisə
Bu il Azərbaycana 600-dən çox elektromobil idxal edilib
15:33 15.09.2026
İqtisadiyyat
Avropa Parlamenti Ermənistanla bağlı qərarı təsdiqlədi
15:32 15.09.2026
Gündəm
Skuterlə sərnişin daşımaq olmaz, bu qadağandır - Eldəniz Cəfərov
15:31 15.09.2026
Aktual
Əraqçi Pekinə gedəcək
15:26 15.09.2026
Dünya
Lukaşenko: Belarusda siyasi məhbus yoxdur
15:19 15.09.2026
Gündəm