Vəziyyəti ağırlaşan aparıcı Türkiyəyə aparıldı - FOTO
15:06 03.09.2021
Arxiv
483
Prodüser-aparıcı Sayqa Cahidin vəziyyəti ağırdır.
"Sherg.az" axşam.az-a istinadən xəbər verir ki, bu barədə aparıcı Elgiz Əkbər məlumat yayıb. Onun sözlərinə görə, S.Cahid müalicə olunmaq üçün Türkiyəyə aparılıb. Maddi imkanı müalicəsinə çatmayan həmkarı üçün Elgiz yardım istəyib. Oğlunun tələbə olduğunu xatırladan aparıcı Sayqanın yardım kompaniyasından xəbərsiz olduğunu vurğulayıb:
"Səhər saatlarında çox üzücü xəbər aldım. Tanınmış jurnalist, prodüser Sayqa Cahid ağır vəziyyətdə Türkiyəyə çatdırılıb. Burada dərdinə əlac olmayıb. Hal-hazırda vəziyyəti kritikdir. Maddi sıxıntısı var. Allaha xatir, onu ölməyə qoymayaq. Xahiş edirəm, nə olar köməyimizi əsirgəməyək. Vəziyyəti çox ağırdır. Pulu ödəməsə xəstəxanadan çıxaracaqlar. Allah yardımçınız olsun".
Aparıcı Firuzə Cəlilova (Fira) həmkarının səhhətinim ağırlaşmasına səbəbkarın Bakı Sağlamlıq Mərkəzinin həkimləri olduğunu qeyd edib:
"Tanınmış prodüser və aparıcı Sayqa Cahidin səhhətinim ağırlaşmasına səbəbkar olan "qəhrəman"lar. Sayqa hal-hazırda ağır vəziyyətdə İstanbulda xəstəxanaya yerləşdirilib. O, ay yarım əvvəl mərkəzdə uroloq-androloq Niyaməddin Əliyev və Qardaşxan Mamedov tərəfindən böyrək əməliyyatı keçirib. Böyrəyində daş var idi. Əməliyyat uğursuz keçib. Əməliyyat bitdikdən sonra ona stend qoyulub. Stendi çıxarandan sonra davamlı şəkildə qızdırması olub. Sayqa hər gün kritik vəziyyətdə xəstəxanaya aparılıb-gətirilib. Axırda məcbur olaraq İstanbula gətirməli olublar. Həkimlər təcili konsilium edərək vəziyyətinin çox ağır olduğunu bildiriblər. Qırmızı qan hüceyrələri həddən artıq düşüb. Hətta həkimlər onun sağ qaldığına məəttəl qalıb. Addım belə ata bilmir. Həkimlər onu kritik vəziyyətdən çıxarmağa çalışır. Əməliyyat zamanı infeksiya düşdüyü üçün böyrəyi şişib. Bədəndə olan infeksiya yüksəlib. Həkimlər onu kritik vəziyyətdən çıxara bilsələr, yenidən əməliyyat edəcəklər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa Parlamenti Ermənistanla bağlı qərarı təsdiqlədi
15:32 15.09.2026
Gündəm
Skuterlə sərnişin daşımaq olmaz, bu qadağandır - Eldəniz Cəfərov
15:31 15.09.2026
Aktual
Əraqçi Pekinə gedəcək
15:26 15.09.2026
Dünya
Lukaşenko: Belarusda siyasi məhbus yoxdur
15:19 15.09.2026
Gündəm
Ərdoğan Azərbaycanı təbrik edib
14:55 15.09.2026
Gündəm
Nazir: Hakan Fidanın Azərbaycana səfəri tarixi günə təsadüf edir
14:31 15.09.2026
Gündəm
Lavrov: Rusiya Ukrayna üzrə yeni danışıqlar raunduna hazırdır
13:49 15.09.2026
Gündəm
Putinin köməkçisi: Polşanı iki günə məhv edərik
13:35 15.09.2026
Dünya
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
13:12 15.09.2026
Siyasət
"Barselona" Hansi Flikin xələfini seçdi
12:47 15.09.2026
Futbol
Bəs dənizin ortasında yosun varsa?
12:47 15.09.2026
Cəmiyyət
Astarada 74 yaşlı kişi damdan yıxılaraq ölüb
12:35 15.09.2026
Hadisə
Uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
12:25 15.09.2026
Cəmiyyət
Kəlbəcərdə 121 şagird yeni tədris ilinə başlayıb
12:12 15.09.2026
Elm və Təhsil