Vyana 2018-ci ildə yaşamaq üçün ən rahat şəhər elan edilib
19:37 14.08.2018
Arxiv
629
Avstriyanın paytaxtı Vyana Amerikanın "The Economist” jurnalı tərəfindən hər il tərtib edilən yaşamaq üçün ən rahat şəhərlərin reytinqinə başçılıq edir.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, şəhərlər səhiyyə, sabitlik, mədəniyyət, təhsil və infrastrukturun inkişafı kimi kateqoriyalara əsasən qiymətləndirilib.
Vyana 100 mümkün baldan 99,1 bal toplayıb. Siyahıda ikinci yerdə Avstraliyanın Melburn şəhəri (98,4 bal), üçüncü yerdə isə Yaponiyanın Osaka şəhəri (97,7 bal) qərarlaşıb. Maraqlıdır ki, Vyana və Kopenhagendən başqa, reytinqin ilk onluğuna daxil olan şəhərlərin hamısı Avstraliya, Kanada və Yaponiyada yerləşir.
Siyahıda dünyanın ən böyük meqapolisləri - Paris, London və Nyu-York müvafiq olaraq 19, 48 və 57-ci yerləri tutub. Bu şəhərlərdə cinayətkarlıq səviyyəsi yüksək olsa da, ictimai nəqliyyat daha çox yüklənsə də, səhiyyə sahəsi yaxşı inkişaf edib, mədəni həyat zəngindir, əməkhaqqı isə yüksəkdir.
Dünyanın ən pis şəhərləri isə Nigeriyanın Laqos (38,5 bal), Banqladeşin Dəkkə (38 bal) və Suriyanın Dəməşq (30,7 bal) şəhərləridir. Onlar reytinqdə 138-140-cı yerləri tutur. Həmçinin antireytinqə Pakistanın Kəraçi, Liviyanın Tripoli və Seneqalın Dakar şəhərləri də daxil edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya
Blokadadan çıxa bilməyən İran münaqişəni yenidən alovlandırdı
10:35 09.09.2026
Gündəm
Yeni tədris ilində stresslə necə mübarizə aparmalı?
10:29 09.09.2026
Sağlamlıq
İran da ABŞ-yə Hörmüz boğazında sərt cavab verdi
10:19 09.09.2026
Dünya
Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib
10:19 09.09.2026
Mədəniyyət
Paşinyan: Moskvaya gedib-qayıdım, son yolumuz bəlli olacaq
10:10 09.09.2026
Dünya
Tramp: İrana çox sərt dərs verdik
10:06 09.09.2026
Gündəm
Xalq artisti Aleksandr Şarovski vəfat edib
10:03 09.09.2026
Mədəniyyət