Sapsarı, yupyumşaq, ətirli…
Xalis kərə yağı necə olmalıdır?
06:19 14.03.2018
Arxiv
661
Hər kəsin görə biləcəyi bir neçə əlamət
Sapsarı, yupyumşaq, ətirli…
Sapsarı, yupyumşaq, ətirli…
Sizcə, əsl kərə yağı belə olmalıdır? Müxtəlif bitki yağlarının qarışığından ibarət yağları «Kərə yağı” adı ilə satanların toruna düşməyin. Çünki kərə yağı tək dadı ilə yox, həm də faydaları ilə gündəlik qidamızın ayrılmaz hissəsidir. «Kərə yağı” kimi alıcılara satılan marqarin və spredlərin isə nəinki faydalı xüsusiyyətləri yoxdur, hətta orqanizmin metabolizmini pozmaqdan başlayaraq, bir sıra ağır xəstəliklərə qədər səbəb olur.
O zaman əsl kərə yağını rəflərdəki onlarla yağ arasında necə fərqləndirmək olar? Bu göstərici və xüsusiyyətlərdən bəzilərini məhsulu almamış da görmək mümkündür, bəzilərini isə evdə yoxlaya bilərsiniz. Bu da sizə gələn dəfəki alışlarınız üçün etibarlı markanızı seçməyə əsas verər.
Əvvəlcə, vitrindəki qiymətlərə baxın…
1 kq xalis kərə yağının alınması üçün 20 kiloqramdan artıq süd sərf olunur. Bu qədər xammal istifadə edilən yağın aşağı qiymətə satılması sizdə şübhə doğurmalıdır. Məsələn, 10 ildən çox müddətdir ki, kərə yağı istehsal edən "Səba” şirkəti 27 litr süddən 1 kq yağ aldığını deyir. Bunun müqabilində çəki ilə olan (5 kq-lıq qablaşdırma) "Səba” kərə yağının 1 kiloqramının qiyməti 13 manat ətrafındadır.
Sonra qutunun üstündə yazılanları oxuyun…
Kərə yağı təbii süddən alındığı üçün ilk növbədə onun saxlama müddətinə diqqət edin. Təbii süd məhsulları tez xarab olduğundan (pasterizə edilmiş inək südünün saxlama müddəti 3 gündür), diğər süd məhsulları kimi, yağın da saxlama müddəti az olmalıdır. Məsələn, "Səba» Azərbaycanda kərə yağına ən qısa saxlama müddəti verən yeganə şirkətdir. «Səba” kərə yağının saxlama müddəti -18 dərəcə temperaturda 3 aydır. Bu da onu göstərir ki, şirkət istehsal etdiyi yağa heç bir konservant qatmayaraq, onun tərkibindəki bakteriyaları sənaye üsulu ilə öldürməyib və kərə yağının bütün faydalılığını qoruyub saxlayıb. Məhsula verilən saxlama müddəti uzandıqca, tərkibindəki konservantların da artdığına əmin olun!
Təbii ki, yağlılığa diqqət edin…
Xalis kərə yağının tərkibindəki yağın həcmi 82%-dən az olmamalıdır. Almaniyanın Meggle, Finlandiyanın Valio kimi məşhur markalarının yağları 82% yağlılıqdadır. Yerli "Səba» brendi kərə yağında 82,5% yağlılıq olduğuna zəmanət verir. Qeyd edək ki, kənd nehrə yağındakı aşağı yağlılıq faizi məhsulun tərkibində ayranın bol olmasının göstəricisidir. Məhz buna görə də ənənəvi nehrə yağı kərə yağından daha tez xarab olur.
Bu sarı nəyin sarısıdır?
Xalis kərə yağının marketdə görə biləcəyiniz xüsusiyyətlərindən biri də onun rəngidir. Parlaq sarı rəng göz aldatmaq üçün vurulan boyadan xəbər verir. Kərə yağının rəngi açıq olur. Azacıq sarımtıllıq (çox cüzi) yaşıl otun inək südünə verdiyi çalardan ola bilər. Bu da yalnız isti fəsillərdə mümkündür. Unutmayın ki, yağın rəngi mütləq bərabər olmalıdır. Zolaqlar, dəyişən rənglər kərə yağına xas deyil!
Deyək ki, yağ alıb, evə gətirdiniz…
Xalis kərə yağı öz formasını saxlayır və bərk olur. O, nə büküldüyü kağıza (qablaşdırmaya), nə də bıçağa yapışır. Xalis kərə yağı tez yumşalmır. Marqarinin (spredin) tərkibindəki bitki yağları isə istiyə çıxan kimi yumşalır. Kərə yağı topaclanmır və çörəyin üzərinə bircinsli qat kimi çəkilir.
Və atdınız qızdırılmış tavaya…
İsti tavaya atılmış kərə yağı yavaş-yavaş əriyir. Spred isə istinin təsirindən dərhal yumşalıb axır. Əritdikdə də kərə yağı özünü dərhal göstərir: əvvəl südə çevrilir, sonra isə tortası dibinə çökür və rəngi şəffaflaşır.
Bunu da unutmayın!
Kərə yağı qoxusuzdur.
Xalis kərə yağının faydaları kimi, digər yağlarla fərqlərini də xeyli sadalamaq olar. Əsas odur ki, ailənizə sağlam və faydalı məhsulu seçə biləsiniz.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabah bu rayonlarda işıq olmayacaq
23:51 16.09.2026
Cəmiyyət
İmişlidə zəlzələ olub
23:36 16.09.2026
Hadisə
Yevlaxda şəhidin xanımı 4-cü mərtəbədən yıxılaraq ölüb
22:59 16.09.2026
Hadisə
Azərbaycan effektli, ölçülü-biçili siyasət aparır - ŞƏRH
22:37 16.09.2026
Gündəm
Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir
22:33 16.09.2026
Cənubi Qafqaz
Təhsil xərclərində 1,6 faiz artım olacaq
22:04 16.09.2026
İqtisadiyyat
Manat gələn il də sabit qalacaq
21:48 16.09.2026
İqtisadiyyat
Azərbaycan gələn il üzrə hərbi xərcləri açıqlanıb
21:21 16.09.2026
İqtisadiyyat
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur