Xalq artisti üçün Türkiyədən həkim gəldi

Arif Babayev əməliyyat olunub, indi özünü yaxşı hiss edir



Xalq artisti, professor Arif Babayev belindən əməliyyat olunub.
Əməliyyat 2 gün əvvəl Mərkəzi Kliniki Xəstəxanada baş tutub. 

Xalq artistinin əməliyyat olunması üçün dövlət xətti ilə Türkiyənin "Acıbadem" xəstəxanasından xüsusi həkim dəvət olunub.

Hazırda səhhəti normal olan A.Babayev mütəmadi olaraq həkim nəzarətindədir. Xalq artistinin sənət dostları, tələbələri hər gün xəstəxanaya ona baş çəkməyə gəlirlər.

Arif Babayevlə əlaqə saxlayıb səhhəti ilə maraqlandıq. Hazırda həkim nəzarətində olan Xalq artisti ona olan qayğıdan məmnunluqla danışdı: 

"Sağ olsun dövlətimiz, dövlət başçımız, Mehriban xanım Əliyeva ki, bizim kimi sənət adamlarına diqqətini əsirgəmir. Mənim müayinəm üçün Türkiyədən həkim gətirdilər, əməliyyat olundum. İndi özümü yaxşı hiss edirəm. Həkimlər bir müddət özümü qorumağımı tövsiyə etdilər. Allah hamıdan razı olsun. Sənət dostlarımız, yaxınlarım, tələbələrim gəlib baş çəkirlər. İnşallah, yeni ilə qədər evə buraxılacam».

Tahirə Məmmədqızı