"Xalq bilir ki, seçkilər şəffaf və demokratik mühitdə keçirilib” - Deputat
16:55 11.04.2018
Arxiv
1603
"Xarici KİV-lər nə yazır, yazsın. Azərbaycan vətəndaşı bilir ki, ölkəmizdəki seçkilər şəffaf və demokratik mühitdə keçirilib”.
Bunu "Sherg.az”a Azərbaycanda 11 aprel tarixində baş tutan prezident seçkiləri barədə xarici medianın həqiqəti əks etdirməyən məlumatlar yaymasına münasibət bildirərkən millət vəkili Elman Məmmədov deyib.
O diqqətə çatdırıb ki, xalq öz sözünü deyir və xaricilərin rəyindən asılı olmayaraq fakt ortadadır:
"Bu gün seçkiləri izləmək üçün Azərbaycana gələn minə yaxın xarici müşahidəçidən çoxunun fikirləri açıqlandı. Müşahidəçilərin hər biri seçkilərlə bağlı müsbət fikirlər səsləndirdilər. Onlar 60-dan çox ölkəni təmsil edən nüfuzlu şəxslərdir. Necə olur ki, ölkəmizdə müşahidəçilik edən şəxslər müsbət fikirlər səsləndirir, xaricdə olanlar isə öz yanından qərəzli informasiyalar yayır”.
Yeni Azərbaycan Partiyasının (YAP) respublika üzrə müşahidəçisi olduğunu xatırladan E.Məmmədov Abşeron və Sumqayıt ərazisində 20-dən çox məntəqədə olduğunu vurğulayıb:
"Bu ilki kimi fəallıq müşahidə etməmişdim. Seçki məntəqələrində növbə yaranmışdı. Yaşlı, gənc, yetkin insanlar aktiv şəkildə səsvermədə iştirak edirdilər. Bütün bunları müşahidə etmişik, sosial şəbəkələrdə yaymışıq.
1993-cü ildən bu günə qədər Azərbaycanda nə seçki keçirilsə, həmin xarici mərkəzlər Azərbaycanın üzərinə çirkab atmaqla məşğul olub. Nə əldə ediblər? Azərbaycan seçki sistemi inkişaf edib, ölkəmiz ümumilikdə yüksək nailiyyətlərə imza atıb. Seçkinin müqəddəratını xaricdə oturub, yalan məlumat yazanlar deyil, Azərbaycan xalqı həll edir”.
Qeyd edək ki, XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ölkəmizdə keçirilən seçkilərlə bağlı xarici mətbuatda səsləndirilən iddialara cavab verib. O bildirib ki, internet resursları tərəfindən təqdim olunan şəkillərdə və video görüntülərdə iddia olunan seçki məntəqəsi ilə real seçki məntəqəsinin nömrəsi arasında uyğunsuzluq, şəkillərə fotoşop elementlərinin daxil edilməsi və yaxud da kimliyi bilinməyən şəxslər adından danışılması, vətəndaşların seçki fəallığına və seçici növbələrinə başqa don geyindirilməsi cəhdləri bu cür məlumatların saxta olduğunu açıq şəkildə sübut edir.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lavrov: Rusiya Ukrayna üzrə yeni danışıqlar raunduna hazırdır
13:49 15.09.2026
Gündəm
Putinin köməkçisi: Polşanı iki günə məhv edərik
13:35 15.09.2026
Dünya
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
13:12 15.09.2026
Siyasət
"Barselona" Hansi Flikin xələfini seçdi
12:47 15.09.2026
Futbol
Bəs dənizin ortasında yosun varsa?
12:47 15.09.2026
Cəmiyyət
Astarada 74 yaşlı kişi damdan yıxılaraq ölüb
12:35 15.09.2026
Hadisə
Uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
12:25 15.09.2026
Cəmiyyət
Kəlbəcərdə 121 şagird yeni tədris ilinə başlayıb
12:12 15.09.2026
Elm və Təhsil
“Real Madrid”in sabiq hücumçusu “Valensiya”ya təklif olundu
12:07 15.09.2026
Futbol
Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
11:57 15.09.2026
Gündəm
Sabirabadda uşaq ölü doğulub
11:14 15.09.2026
Hadisə
Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlanıb
11:06 15.09.2026
Hadisə
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
10:57 15.09.2026
Ölkə
1665-ci gün: Rusiyanın itkiləri yeniləndi
10:27 15.09.2026
Dünya