Türkoloq, filologiya elmləri doktoru, professor Firuddin Cəlilov da "Sherg.az"a açıqlamasında məlum halın geniş xartakter aldığını təsdiqlədi. Professor övladları və nəvələrinin ana dilində danışdığını, digər xarici dilləri də öyrəndiyini söyləyib:
Xalq şairi: "Uşağa «südünə lənət» deməkdən başqa çarəm qalmadı"
12:21 04.06.2018
Arxiv
994
Sabir Rüstəmxanlı:"Bir uşağın ana dilindən xoşu gəlmirsə, bu, doğma dilimizi ona sevdirməyən ananın günahıdır”Firudin Cəlilov:"Ana dili ilə böyüməyən uşağın gələcəkdə milli duyğuları da sual altında olacaq.Uşağı körpəlikdən rus məktəbinə qoyurlar, rusca dilini açır, rusca oxuyur. Bu vəziyyətin nəticələri dəhşətli olacaq"
Türkoloq, filologiya elmləri doktoru, professor Firuddin Cəlilov da "Sherg.az"a açıqlamasında məlum halın geniş xartakter aldığını təsdiqlədi. Professor övladları və nəvələrinin ana dilində danışdığını, digər xarici dilləri də öyrəndiyini söyləyib:
Sabiq millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı "Şərq" qəzetinin redaksiyasında, "Cümhuriyyətçi jurnalistlərin varisləri ilə görüşdə Azərbaycanda rus və digər əcnəbi dillərə meylin artması ilə bağlı narahatlıq ifadə edib. Hətta xalq şairi məlum vəziyyətə şahidi olduğu ağrılı bir fakta diqqət çəkib:
"Kitab mağazalarının birində anası ilə rus dilində danışan bir uşaqdan soruşdum ki, niyə Azərbaycan dilində danışmırsan ? Cavab verdi ki, Azərbaycan dilini sevmirəm. Uşağa anasının yanında «südünə lənət» deməkdən başqa çarəm qalmadı. Azərbaycan anaları ana dilini öz övladına sevdirməlidirlər. Bir uşağın ana dilindən xoşu gəlmirsə, bu, doğma dilimizi ona sevdirməyən ananın günahıdır”.
Son vaxtlar cəmiyyətdə mənfi tendensiya olaraq gündəmə gələn ana dilinin sevilməməsi ilə bağlı əksər ziyalılarımız həyəcan təbili çalırlar. Onlar digər dillərin uşaqlara əlavə dil kimi öyrədilməsini, ana dilini isə hər bir azərbaycanlının sevərək, mükəmməl bilməsini təbliğ edirlər.
Türkoloq, filologiya elmləri doktoru, professor Firuddin Cəlilov da "Sherg.az"a açıqlamasında məlum halın geniş xartakter aldığını təsdiqlədi. Professor övladları və nəvələrinin ana dilində danışdığını, digər xarici dilləri də öyrəndiyini söyləyib:"Əlavə xarici dil öyrənməyin heç bir qorxusu yoxdur. Amma ana dilini sevməmək, azərbaycanlı ola-ola öz dilindən imtina etmək artıq neqativ nəticədir. Bu valideynlərdən – anadan irəli gəlir. Çünki atalardan çox analar övladlarının tərbiyəsi ilə məşğul olur, onları istiqamətləndirirlər. Ana övladını hansı dildə danışdırsa, ona hansı dili sevdirsə, uşaq da bunu nümunə götürəcək.
Sabir bəy haqlıdır, günah anadadır. Ana dili ana südü kimi müqəddəs məfhumdur. Ana dili ilə böyüməyən uşağın gələcəkdə milli duyğuları da sual altında olacaq. Əksəriyyət övladını rus dilində təhsilə meylləndirir.
Rus dili xarici dil kimi öyrənilməlidir, amma uşağı körpəlikdən rus məktəbinə qoyurlar, rusca dilini açır, rusca oxuyur. Bu vəziyyətin nəticələri dəhşətli olacaq".
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Aleksandr Vuçiç sentyabrın sonunda istefa verəcək
15:53 11.09.2026
Dünya
Lukaşenko: Belarus ordunun döyüş hazırlığını yoxlayacaq
15:45 11.09.2026
Gündəm
"Bank Respublika" "AccessBank"ın səhmlərinin 100%-ni alır
15:29 11.09.2026
İqtisadiyyat
Xarici diplomatlar Qarabağ Universitetində olublar - FOTO
15:05 11.09.2026
Gündəm
Bakıda ərini qətlə yetirib həyətdə basdıran qadına hökm oxunub
14:37 11.09.2026
Hadisə
Maqdalena Qrono Ermənistana səfər edəcək
14:33 11.09.2026
Gündəm
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
14:31 11.09.2026
Cəmiyyət
SEPAH: İranın bu qədər təzyiqdən sonra dağılmaması möcüzədir
13:58 11.09.2026
Dünya
Peskov: Litva Rusiyanın nüvə silahlarının hədəfi olacaq
13:28 11.09.2026
Dünya