“Xalqımız onun cavabını verdi” - Spiker parlamentdə Nərmin Şahmarzadədən danışmağı məsləhət bilmədi




Milli Məclisin iclasında deputat Fəzail İbrahimli tələbə-psixoloq Nərmin Şahmarzadənin Milli Qəhrəman Mübariz İbrahimovla bağlı yazdığı tənqidi statusdan danışıb. Sherg.az-ın məlumatına görə, millət vəkili deyib ki, Nərmini danışdıran danışdıran genetik kodudur: 

"Sosial şəbəkələrdə bəzən şəhidlər, qəhrəmanlar təhqir olunur. Bu düzgün deyil. Ümumiyyətlə bu xanım psixoloqun özünün psixiatra ehtiyacı var”.

Deputata reaksiya verən spiker Oqtay Əsədov deyib ki, Nərmin Şahmarzadə ilə bağlı mətbuatda bütün məsələləri izləyib: 

"Xalqımızın buna hiddətini müşahidə etdim. Buna görə də, belə cılız məsələləri parlamentin iclasına çıxarmayaq. Bu heç psixoloq da deyil, hələ bilinmir oxuyub psixoloq olacaq ya yox. Onun cavabını xalqımız verdi”.
Anar