"Xaricdən qrant alan anti-Azərbaycan qüvvələrin əsl mahiyyəti üzə çıxdı" - Millət vəkili





Əvvəllər , xaricdən qrant alan anti-Azərbaycan qüvvələrin fəaliyyətini o qədər də izləmirdim. Amma son dönəmlər mənim haqqımda da müəyyən dezinformasiyalar paylaşdıqdan sonra onları intensiv olaraq izləməyə başladım. Həmin adamların bir-biri ilə qrant davasını müşahidə edirdim. Bir-birilərini ciddi şəkildə ittiham edirlər, sosial şəbəkələrdə blok edirlər.

Bu sözləri "Sherg.az"a millət vəkili Tahir Kərimli deyib. 

Parlamentari qeyd edib ki, onlar niyyət və məqsədlərini gizləyə bilmirlər:

"Həmin anti-milli insanların saxta millətçilik və saxta vətəpərvərliyi üzə çıxdı. Onlar vətərpərvərlik , demokratiya, vətən, xalq sevgisi adı altında pərədələnmişdilər. İndi də mahiyyətləri üzə çıxdı. Onların qrant davası maddi rifahlarını yaxşılaşdırmaq istəyindən irəli gəlir. Öz büdcələrini, ciblərini doldurmaq istəyirlər. Əlbəttə, həmin şəbəkənin sosial mediadakı izləyiciləri də azalır. Hətta həmin adamların paylaşımlarına yazılan şərhlərin əksəriyyəti onların özlərinə qarşı yönəlib. 

Artıq Azərbaycan o cür insanların məqsəd və məramını anlayıb. İnsanlar izləyirlər, maraqlanırlar və şahidi olurlar ki, xaricdəki anti-Azərbaycan şəbəkəsi Azərbaycan xalqının təəssübünü çəkmir. Onlar öz ciblərini doldurmağı düşünürlər. Hesab edirəm ki, həmin şəxslər özlərini ifşa etdi və daha onlara inanmayacaqlar. Çünki onların istifadə etdiyi demokratiya, insan hüquq və azadlıqlarının təminatı pərdəsi cırıldı və əsl mahiyyətləri üzə çıxdı".

Qeyd edək ki, artıq bir neçə gündür ki xaricdə yaşayan və Azərbaycan dövlətinə qarşı ardıcıl şəkildə kampaniya aparan şəbəkənin aparıcı nümayəndələri bir birinı qarşı ifşaedici açıqlamalar verirlər. Açıqlamalar göstərir ki, özlırini demokratiya carçısı və ədalət tərəfdarı kimi qələmə verənlər, sözdə dövlət və millətin qayğısı ilə yaşadıqlarını bəyan edınlər əskində xarici anti-Azərbaycan dairələrin birbaşa nəzarəti altında və maliyyəsi ilə fıaliyyət göstərmiş, sifariş yerinə yetirmişlər. Onların əsas məqsədi daha çox qrant almaq və məbimsəmək olub. Bu məqsədlərə xidmət edənlər sadəcə xain və düşmən dəyirmanına su tökən ünsürlərdir.

Ayyət Əhməd