Xarici pasport və şəxsiyyət vəsiqəsini itirənlərin NƏZƏRİNƏ
14:19 01.12.2017
Arxiv
496
Azərbaycanda ümumvətəndaş pasportu və vətəndaşın şəxsiyyət vəsiqəsinin itirilməsi ya korlanması ilə əlaqədar bu sənədlərin yenidən verilməsinə görə rüsumlar dəyişdirilir.
"APA-Economics”in məlumatına görə, "Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsinə əsasən, Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsinin itirilməsi və korlanması ilə əlaqədar yenidən verilməsinə görə rüsum artırılır.
Belə ki, sənəd 10 iş günü müddətində verildikdə, 5 manatdan 15 manata, 3 iş günü müddətində verildikdə, 25 manatdan 35 manata və 1 iş günü müddətində verildikdə, 35 manatdan 45 manata artırılır.
Həmçinin, Azərbaycan vətəndaşlarına xaricə getmək hüquq verən ümumvətəndaş pasportlarının itirilməsi və korlanması ilə əlaqədar yenidən verilməsinə görə yeni rüsumlar müəyyən edilib. Belə ki, dəyişikliyə əsasən, sənəd 10 iş günü müddətində verildikdə, 1 yaşadək uşaqlar üçün 20 manat (hazırda 10 manat), 1 yaşından 3 yaşadək uşaqlar üçün 30 manat (20 manat), 3 yaşından 18 yaşadək uşaqlar üçün 40 manat (hazırda 30 manat), 18 yaşına çatmış vətəndaşlara 50 manat (hazırda 40 manat), 5 iş günü müddətində verildikdə, 1 yaşadək uşaqlar üçün 30 manat (hazırda 20 manat), 1 yaşdan 3 yaşadək uşaqlar üçün 50 manat (40 manat), 3 yaşdan 18 yaşadək uşaqlar üçün 70 manat (60 manat), 18 yaşına çatmış vətəndaşlara 90 manat (80 manat), 1 iş günü müddətində verildikdə 1 yaşadək uşaqlar üçün 50 manat (hazırda 40 manat), 1 yaşından 3 yaşadək uşaqlar üçün 90 manat (80 manat), 3 yaşından 18 yaşadək uşaqlar üçün 130 manat (hazırda 120 manat), 18 yaşına çatmış vətəndaşlara 170 manat (hazırda 160 manat) ödəniləcək.
Qeyd edək ki, hazırda ümumvətəndaş pasportu və vətəndaşın şəxsiyyət vəsiqələri itirilmə və korlanma ilə əlaqədar yenidən verildikdə, rüsumlar ümumi qaydada (qüvvədə olma müddətinin bitməsi, habelə qanunla müəyyən edilmiş hallarda dəyişdirilməsi nəzərə tutulan hallarda) tutulur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya