Xəlil İbrahimin qızı "Şərq"in qonağı olub, atasına məxsus əlyazmaları muzeyimizə hədiyyə edib

Görkəmli jurnalist, publisist, Azərbaycan istiqlalının yorulmaz mücahidi, Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı olan "Azərbaycan” qəzetinin ana dilli nəşrinin müvəqqəti redaktoru Xəlil İbrahimin qızı Solmaz İbrahimova növbəti dəfə "Şərq”in redaksiyasındakı Milli Mətbuat Tarixi Muzeyini ziyarət edib. 
"Şərq”in daimi qonaqlarından olan Solmaz xanım əlidolu gəlmişdi. Onun bu dəfəki ziyarətinin səbəbi atasına məxsus əlyazmaları muzeyimizə hədiyyə etməkdir.
Ziyarət zamanı "Şərq” qəzetinin baş redaktoru ilə görüşən Solmaz xanım həm də Akif Aşırlının atası haqqında yazdığı 5 məqaləni oxuyub və fikir mübadiləsi aparmaq üçün gəlib. 
Oxuduğu məqalər üzərində öz qeydlərini edən S. İbrahimova A. Aşırlının gələcəkdə Xəlil İbrahim haqqında hazırlayacağı kitabla bağlı müəyyən tövsiyyələr verib.
Xəlil İbrahimin qızı Mətbuat tarixi muzeyində nümayiş olunsun deyə atasının öz imzası ilə yazdığı tərcümeyi- halını və lüğət kitabçasını təqdim edib. Bu lüğətdə Xəlil İbrahimin əlyazması ilə mətbuatımızda ən çox işlənən kəlimələr öz əksini tapıb.
Şəymən