Xəzər Rayon Məşğulluq İdarəsindən qərəzli yazılar yazılır
16:30 05.02.2019
Arxiv
920
Ağabala Zeynalova şər atan sayt peşə qanunlarını pozub
Mətbuatda Bakının Xəzər Rayon Məşğulluq Mərkəzinin səlahiyyətli şəxsi Zeynalov Ağabala Azay oğlunun qeyri-qanuni əməlləri haqqında heç bir fakta söykənməyən məqalə yazılıb. Qeyd edilir ki, A.Zeynalov özünüməşğulluq proqramının icrasında qanunsuzluğa yol verir və Ağabala Zeynalov bir kəsim rayon sakinləri ilə özünüməşğulluq proqramını sadəcə kağız üzərində reallaşdırıb. Bununla da o, proqramlardan öz maraqları naminə yararlanır.
Əslində isə deyilənlər həqiqətə uyğunluğu əks etdirmir. Araşdırmamıza görə, Xəzər Rayon Məşğulluq Mərkəzi özünüməşğulluqla bağlı dövlət proqramını uğurla həyata keçirən idarələrin önündə gedənlərindən biridir.
Qeyd edək ki, özünüməşğulluq, "Məşğulluq haqqında” Qanunun 1.1.15 maddəsində qeyd olunduğu kimi, şəxsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsi deməkdir. Aztəminatlı ailələrin sosial rifahını yüksəltmək məqsədilə sosial siyasət sahəsində özünüməşğulluq tədbirlərinə xüsusi yer ayrılır. Azərbaycan Prezidentinin 7 aprel 2016-cı il tarixli 1941 nömrəli "Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamına əsasən özünüməşğulluq proqramı həyata keçirilir. Bu proqram çərçivəsində aztəminatlı ailələrə fərdi təsərrüfatlarının təməlini qoymaq və ya inkişaf etdirmək üçün dövlət vəsaiti hesabına ailəyə birbaşa natura şəklində mal, material və digər əmlakın verilməsi ilə dəstək göstərilir.
Ailə təqdim etdiyi biznes plana uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edilir. Bu dövlət özünüməşğulluq proqramını digər ölkələrdəki təcrübədən fərqləndirən cəhətdir. Özünüməşğulluq proqramı həmçinin alternativ sosial müdafiə tədbirləri ilə müqayisədə əhəmiyyətli üstünlükləri ilə fərqlənir. Belə ki, proqram eyni vaxtda bir neçə makro məqsədlər istiqamətində paralel nəticələrin əldə edilməsinə imkan yaradır.
Xəzər Rayon Məşğulluq Mərkəzi də proqram əsasında fəaliyyətini davam etdirməkdədir. Mərkəz öz fəaliyyətini vətəndaşlara münasib iş yerlərinin axtarılmasında köməklik göstərilməsi, peşə yönümünün təşkili, işsiz və işaxtaran vətəndaşların peşə hazırlığı, ixtisaslarının artırılması, əmək yarmarkalarının təşkili, işsizlik statusunun verilməsi, işsizlik müavinətlərinin təyin olunması, ödənilməsi istiqamətində qurub. İş axtaran şəxslər Mərkəzə müraciət edirlər, həmin vətəndaşlar qeydiyyata alınır. Sonra onlar qanunun imkan verdiyi şərtlərlə müvafiq işlərlə təmin olunurlar.
Bununla yanaşı, Mərkəz qeydiyyata aldığı işsiz vətəndaşa iş tapana qədər işsizlik statusu verir, işsizlik müavinəti təyin edilir.
Rayonun bütün qəsəbələrini əhatə edən işlə təmin edilmiş işçi qrupları ərazidə, park və meydanlarda, yolların kənarlarında, məhəllədaxili küçələrdə təmizlik işləri görür və vaxtlı-vaxtında əmək haqlarını alırlar. Belə bir halda Xəzər Rayon Məşğulluq Mərkəzinə, onun səlahiyyətlisi Ağabala Zeynalov haqqında yazılanlar qərəzdən başqa bir şey deyil. Keçmişləri kölgəli adamlar öz vəzifə səlahiyyətlərini qanunlar çərçivəsində həyata keçirən A.Zeynalov kimi insanlara şər atır, şəxsi məqsədlər güdürlər. Məhz A.Zeynalovun nəinki tənqid, hətta etik ölçüləri gözləmədən təhqir olunması yolverilməzdir. Həqiqətə uyğun olmayan fikirlərin dərci, dəqiqləşməmiş, yalan informasiyanın çap olunması, jurnalist peşə etikasına və peşəkarlıq meyarlarına ziddir. A.Zeynalovun hələlik bəzi saytlar barəsində Mətbuat Şurasının Şikayətlər üzrə komissiyasına müraciət etməməsi, o demək deyil ki, bu, hər zaman belə olacaq. Həmin saytın yazdığı şər və böhtan dolu yazısı hüquqi məsuliyyət doğurduğundan bu məsələ hələ açıq olaraq qalır.
Aydın Baxış
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
1 gün ac qalmaq orqanizmi cavanlaşdırır!
03:51 30.08.2026
Sağlamlıq
La-Manş boğazında 5 nəfərin olduğu gəmi kömək siqnalı verib
02:42 30.08.2026
Dünya
Krasnodar hava limanı bağlandı
01:53 30.08.2026
Dünya
Kiyevdə hava hücumundan sonra anbarlarda yanğın baş verib
01:20 30.08.2026
Dünya
Bu gün Türkiyədə Zəfər Bayramıdır
01:18 30.08.2026
Dünya
Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı - FOTO
01:11 30.08.2026
İqtisadiyyat
Könül Kərimovanın qızı boşanıb
00:31 30.08.2026
Şou
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
00:12 30.08.2026
Hadisə
"Manset.az" redaksiyasının ofisi yandı
00:08 30.08.2026
Hadisə
Dambrauskas "Sabah"ın rəqiblərindən danışdı - Video
00:00 30.08.2026
Futbol
Cem Yılmaz xəstəxanaya yerləşdirildi
23:07 29.08.2026
Mədəniyyət
İranda daha 28 nəfər edam edildi
22:44 29.08.2026
Region
Qrossi: Zaporojye AES-in tam sönməsinə 10 gün qaldı
22:29 29.08.2026
Dünya
Norveçin yeni kralı Haakon ilk dəfə çıxış edəcək
21:45 29.08.2026
Dünya
Bloomberg: Respublikaçılar Konqresdə çoxluğu itirə bilərlər
21:17 29.08.2026
Dünya
Tramp CNN telekanalını kəskin tənqid edib
20:42 29.08.2026
Gündəm