"Konsensus imzalanırsa, deməli ölkələr müvafiq razılığa gəliblər. Şimal Xəzəryanı dövlətlər – Qazaxıstan və Rusiya Azərbaycanla razılaşma imzalamışdı. Mübahisəli məqamlar cənub dövlətlər – Azərbaycan-İran, İran-Türkmənistan, Azərbaycan-Türkmənistan arasında qalmışdı. Uzun müzakirələrdən, rəsmi şəxslərin məsələyə müdaxiləsinə rəğmən çox ləng dinamika müşahidə olunurdu. İran və Azərbaycan prezidentləri arasında dialoq aparıldıqdan sonra məsələyə bir növ dinamika qatıldı. Bundan sonra Türkmənistan da regional siyasətində izolasiya addımlarından yavaş-yavaş geri çəkilməyə başladı. Nəticədə üç ölkə arasındakı münasibətlərdə müsbət dəyişiklik müşahidə olundu və siyasi qətiyyət qələbə çaldı”.
"Xəzərin dibinin bölünməsi ilə bağlı "açar" tapılıb" - POLİTOLOQ
10:20 25.06.2018
Arxiv
1259
"Beş Xəzəryanı ölkə konsensusa gələrək, yekun sənədə imza atırlar və nəticədə Xəzərin hüquqi statusu haqqında mübahisəli məqamlar öz həllini tapır”.
Bunu "Sherg.az”a Rusiya hökumətinin Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsini təsdiqləməsindən danışarkən politoloq Tofiq Abbasov söyləyib.
Onun sözlərinə görə, artıq beş ölkə arasında suyun üzərinin, dibinin bölünməsi və s. məsələlərlə bağlı açar tapılıb:
"Konsensus imzalanırsa, deməli ölkələr müvafiq razılığa gəliblər. Şimal Xəzəryanı dövlətlər – Qazaxıstan və Rusiya Azərbaycanla razılaşma imzalamışdı. Mübahisəli məqamlar cənub dövlətlər – Azərbaycan-İran, İran-Türkmənistan, Azərbaycan-Türkmənistan arasında qalmışdı. Uzun müzakirələrdən, rəsmi şəxslərin məsələyə müdaxiləsinə rəğmən çox ləng dinamika müşahidə olunurdu. İran və Azərbaycan prezidentləri arasında dialoq aparıldıqdan sonra məsələyə bir növ dinamika qatıldı. Bundan sonra Türkmənistan da regional siyasətində izolasiya addımlarından yavaş-yavaş geri çəkilməyə başladı. Nəticədə üç ölkə arasındakı münasibətlərdə müsbət dəyişiklik müşahidə olundu və siyasi qətiyyət qələbə çaldı”.T.Abbasov onu da əlavə edib ki, bundan sonra Xəzər hövzəsi beş Xəzəryanı dövlətin əməkdaşlıq məkanına çevrilib:
"Bu məsələdə ciddi təhdid doğuran risklər artıq yox səviyyəsindədir”.
Qeyd edək ki, Konvensiya layihəsini iyunun 21-də Rusiya baş naziri Dimitri Medvedev imzalayıb. Qərarda Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanla razılaşdırılmış Konvensiya layihəsinin bəyənildiyi qeyd edilir.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat