"Xəzərin statusuna dair hüquqi bazanın formalaşdırılması ölkələr arasında iqtisadi əlaqələrin möhkəmlənməsi üçün əsas rolunu oynayacaq. Bunun fonunda Xəzəryanı ölkələrin dəniz limanı infrastrukturundan, bu sahənin inkişafından danışmaq olar.
"Xəzərin hüquqi statusuna dair danışıqlar yekunlaşıb"- Sənədin təsdiqi gözlənilir
15:11 07.08.2018
Arxiv
851
"Hazırda Xəzərin hüquqi statusu haqqında konvensiya ilə bağlı danışıqlar yekunlaşıb. Aktauda keçiriləcək sammitdə yekun sənədin ratifikasiyası gözlənilir”.
Bunu "Sherg.az”a avqustun 12-də baş tutacaq sammit haqqında proqnozlarını səsləndirərkən politoloq İlqar Vəlizadə söyləyib.
Onun sözlərinə görə, Xəzərin hüquqi statusu barədə konvensiya imzalandıqdan sonra Xəzəryanı ölkələr arasında yeni iqtisadi münasibətlər formalaşacaq:
"Xəzərin statusuna dair hüquqi bazanın formalaşdırılması ölkələr arasında iqtisadi əlaqələrin möhkəmlənməsi üçün əsas rolunu oynayacaq. Bunun fonunda Xəzəryanı ölkələrin dəniz limanı infrastrukturundan, bu sahənin inkişafından danışmaq olar. Bütün Xəzəryanı ölkələrdə son vaxtlar nəqliyyat infrastrukturu inkişaf etdirilir, limanlar qurulur, azad iqtisadi zonalar təşkil edilir. Konvensiyanın imzalanması bu sahələrin daha da inkişaf etdirilməsinə, azad iqtisadi zonaların artırılmasına şərait yaradacaq.
Xəzərin hüquqi statusu haqqında konvensiya müəyyən dərəcədə gecikmiş addımdır. Bütün ölkələrdə gedən inkişafı nəzərə alaraq, konvensiya ətrafında baş tutacaq iqtisadi uğurlar daha da çoxalacaq. Xəzər dənizi ətrafında iqtisadi infrastruktur, ölkələrin nəqliyyat əlaqələri güclənəcək”.
Qeyd edək ki, avqustun 12-də Aktauda Xəzəryanı ölkələrin dövlət başçılarının V sammiti keçiriləcək. Sammitdə Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentlərinin iştirakı gözlənilir.
Bundan əvvəl avqustun 11-də isə Xəzəryanı dövlətlərin Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası baş tutacaq.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya