Xəzərin hüquqi statusuna dair növbəti iclas ya Aşqabadda, ya da Bakıda keçiriləcək
09:49 27.12.2016
Arxiv
432
"Xəzərin hüquqi statusu ilə bağlı çox məsələ razılaşdırılıb. Bunu faizlə demək çətindir. Əksər məsələlər həllini tapıb. Bir sıra çox vacib məsələ isə qalıb. Danışıqlar aparırıq. Planlaşdırırıq ki, Astanada keçirilməsi nəzərdə tutulan növbəti sammitə kimi bütün məsələlər razılaşdırılacaq".
APA-nın məlumatına görə, bu barədə xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
Nazir müavini bildirib ki, işçi qrupu bu məsələləri xarici işlər nazirlərinin görüşünə kimi tamamlamalıdır.
"Biz bu görüşə kimi bütün açıq məsələləri yekunlaşdırmağı düşünürük. Məqsəd sammitə kimi Xəzərin hüquqi statusu ilə bağlı konvensiya layihəsini bitirib dövlət başçılarının imzalamasına təqdim etməkdir. Böyük iş görülüb. Bütün konseptual məsələlər üzrə ümumi anlaşma var. Bütün beş tərəfin yanaşmasında yaxınlıq var. Bir neçə detal qalıb. Bunlardan ən mühümü bölünmə prinsipləri ilə bağlıdır", - deyə o qeyd edib.
X. Xələfovun sözlərinə görə, işçi qrupunun iclası yanvarın üçüncü ongünlüyündə ya Aşqabadda, ya da Bakıda olacaq: "Hazırda bu məsələ ilə bağlı dəqiqləşmələr aparırıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranda dollar yenidən kəskin bahalaşdı
17:35 06.10.2026
İqtisadiyyat
Fazil Məmmədov nazir müavini təyin edildi
17:12 06.10.2026
Cəmiyyət
Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı
16:54 06.10.2026
Gündəm
Abşeron və Bakının 5 rayonunda su olmayacaq
16:48 06.10.2026
İnfrastruktur
Kənd yumurtası bahalaşdı - VİDEO
16:37 06.10.2026
Sosial
Zelenski: Rusiya Ukraynaya kütləvi zərbə hazırlayır
16:17 06.10.2026
Dünya
Bu şəxslərin ailəsinə 20 min manat birdəfəlik müavinət ödəniləcək
16:04 06.10.2026
Sosial
Bayramov ABŞ rəsmisi ilə görüşdü: İrəvanla normallaşma diqqətdə...
15:37 06.10.2026
Gündəm
Milli Məclisin iki komitəsinin birgə iclası keçirilir
15:25 06.10.2026
Aktual
ŞOK OLAY: Süni intellektlə “dirildi”, onu öldürən şəxsi bağışladı
14:58 06.10.2026
Hadisə
Oqtay Gözəlova yüksək vəzifə verildi
14:54 06.10.2026
Sağlamlıq
Azərbaycana məğlubiyyətə görə istefa verdi
14:51 06.10.2026
Futbol
Sərhədi keçən əsgərimizə görə - Ermənistanda istefalar başladı
14:51 06.10.2026
Gündəm