XİN bəyanat verdi: “Azərbaycan xalqı və dövləti heç zaman qəbul edə bilməz ki, əraziləri işğal altında qalsın”
09:46 01.07.2018
Arxiv
431
Ermənistan aqressiv hərbi doktrinaya malikdir və militarist siyasət yürütməkdə davam edir.
Bunu Ermənistan xarici işlər nazirinin Almaniyada və xarici işlər nazirinin müavininin ATƏT-in təhlükəsizlik konfransında çıxışı ilə əlaqədar XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
H.Hacıyev deyib: "Ermənistan tərəfindən işğala və təcavüzə məruz qalan ölkə kimi Azərbaycan münaqişənin danışıqlar yolu ilə tezliklə həllində və etnik təmizləməyə məruz qalmış azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasının təmin olunmasında ən maraqlı tərəfdir. Amma Azərbaycan xalqı və dövləti heç zaman qəbul edə bilməz ki, əraziləri işğal altında qalsın.
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğu və bu əsnada Ermənistanın gücdən istifadə edərək Azərbaycana qarşı davam edən təcavüzü regional sülh və təhlükəsizlik üçün başlıca təhdid olaraq qalmaqdadır. Bu azmış kimi Ermənistan aqressiv hərbi doktrinaya malikdir və militarist siyasət yürütməkdə davam edir. Bonn Beynəlxalq Mərkəzinin Militarizasiya İndeksinə görə Ermənistan militarizasiya göstəricisinə görə Avropada birinci və dünyada üçüncü yerdədir. Adam başına düşən gəlirin hərbi məqsədlərə sərf edilməsi göstəricisi Ermənistanda 4.1 faizdir. Müqayisə üçün qeyd edək ki, Azərbaycanda bu göstərici 3.6 faizdir. Ermənistanın militarizasiya və silah yarışmasına sərf etdiyi etdiyi vəsait ölkənin üzləşdiyi ciddi sosial-iqtisadi problemlərin həllinə yönəldilə bilərdi.
Ermənistan xarici işlər naziri və onun müavini sözdə deyil, əməldə də sülh istəyirsə, onda Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Nə qədər tezliklə bu edilərsə, bir o qədər də tez regionda sülh təmin oluna bilər. Beləliklə, seçim Ermənistan tərəfdədir və görək onlar hansı yolu seçirlər.
Azərbaycan öz ərazisinin müdafiəsi və vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün müdafiə imkanlarını artırır və artıracaqdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi