XİN: Ermənistanın Azərbaycan torpaqlarından qoşunlarını çıxartmaqdan başqa yolu yoxdur
20:26 14.10.2018
Arxiv
670
Ermənistanın dayanıqlı inkişafı üçün işğal olunmuş Azərbaycan torpaqlarından qoşunlarını çıxartmaqdan başqa yol yoxdur.
"Sherg.az"ın məlumatına görə, bu barədə Azərbaycan XİN-in mətbuat xidmətindən Frankofoniya təşkilatının 17-ci zirvə görüşündə özündə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair bəndi əks etdirən qətnamə qəbul edilməsini şərh edərkən bildiriblər.
XİN-dən bildiriblər: "Frankofoniya təşkilatının 17-ci zirvə görüşündə "Böhran vəziyyətləri, böhrandan çıxış və Frankofon ərazisində sülh quruculuğu” adlı qətnamə qəbul edildi və qətnaməyə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair bənd daxil edildi. Burada, ATƏT-in Minsk Qrupunun həm-sədrlərinin səylərinə tam dəstək əks olunur, sülh şəraitinin təşviq edilməsinə və öncəki razılıqlara əməl edilməsinə çağırılır, eləcə də münaqişənin Helsinki Yekun Aktının fundamental prinsipləri, o cümlədən gücdən istifadə etməmək və hədələməmək, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmə prinsipi, əsasında sülh yolu ilə həllini nəzərdə tutan danışıqlar prosesinə yenidən başlanılması ifadə olunur.
Helsinki Yekun Aktının dilinə uyğun olaraq, Azərbaycana qarşı təcavüzkar siyasət həyata keçirdiyinə və Dağlıq Qarabağ və ətraf rayonlar da daxil olmaqla Azərbaycan ərazilərini hərbi işğal altında saxladığına görə güc tətbiq etmək məsuliyyəti Ermənistanın üzərinə düşür.
Vurğulamaq istərdik ki, Helsinki Yekun Aktı bu xüsusda açıq şəkildə bəyan edir ki, "dövlətlər qarşılıqlı münasibətlərində, habelə ümumiyyətlə beynəlxalq münasibətlərdə hər hansı dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı hədələmək və güc tətbiq etməkdən çəkinməlidir”.
Xalqların öz müqəddəratını təyin etməsi prinsipinə gəldikdə isə Helsinki Yekun Aktında növbəti fikir aydın şəkildə əks olunur: "İştirakçı dövlətlər xalqların bərabər hüquqlarını və öz müqəddəratını təyin etməsi hüququnu hər zaman BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə və dövlətlərin ərazi bütövlüyü daxil olmaqla beynəlxalq hüququn müvafiq normalarına uyğun olaraq hörmət etməlidirlər”. Fikrimcə, sənəd kifayət qədər aydın dildə yazılıb və burada hər hansı əlavə izaha və şərhə lüzum yoxdur.
Ermənistanın Frankofoniya təşkilatından sui-istifadə etmək səylərinə baxmayaraq zirvə görüşünün qətnaməsində münaqişənin həllinin əsasını Helsinki Yekun Aktının prinsipləri təşkil etdiyi qeyd olunur. Ermənistan uğursuz şəkildə beynəlxalq ictimaiyyəti aldatmaq səylərini dayandırmalı, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və Helsinki Yekun Aktı ilə üzərinə düşən öhdəliklərini yerinə yetirərək qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalıdır.
Ümid edirik ki, Ermənistanda seçkilərdən sonra bu dövlətin yeni hökuməti anlayacaq ki, Ermənistanın dayanıqlı inkişafı üçün işğal olunmuş Azərbaycan torpaqlarından qoşunlarını çıxartmaqdan başqa yol yoxdur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da nüvə obyektində yanğın və radiasiya sızması baş verib
07:15 29.10.2026
Gündəm
Kiçik pomidorlarda böyük təhlükə!
06:10 29.10.2026
Sağlamlıq
“Yaprak Dökümü”nün “Aslı”sı illər sonra
05:35 29.10.2026
Şou
Serbiya Radio və Televiziyasının baş direktoru istefa verib
00:57 29.10.2026
Dünya
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya