Xırdalanda yaşayış binasında yanğın: Sakinlər təxliyyə edildi, zəhərlənənlər var





Xırdalanda yaşayış binasında yanğın olub.

"Sherg.az"ın APA-ya istinadən məlumatına görə, hadisə şəhərin Mehdi Hüseynzadə küçəsi, 26-cı məhəllə ərazisində qeydə alınıb. Çoxmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində şaxtada baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Xilasedicilər 30 nəfər bina sakinini təxliyə edib.

Hadisə zamanı 3 nəfər tüstüdən zəhərlənib.

Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb.