
Ya danışıqlar, ya da müharibə ! - Sərt proqnoz
18:09 08.04.2019
Arxiv
683
Məmmədyarovun bəyanatı artıq son mesaj anlamına gəlir
"Ermənistanla olan diplomatik danışıqlar nəticə vermirsə, deməli, son çıxış yolu müharibədir”.
Bu sözləri "Sherg.az”a açıqlamasında politoloq Tofiq Abbasov deyib.
Ekspertin sözlərinə görə, istər Robert Koçaryanın və Serj Sarkisyanın, istərsə də Paşinyanın dövründə Ermənistan meydandan qaçmasaydı, yəqin ki, mövcud danışıqlardan bir nəticəyə gəlmək olardı:

"Ermənistanla hər zaman danışıqlar aparılırdı. Hətta bir neçə dəfə anlaşmaya da yaxınlaşmışdılar. Amma son məqamda yenə də Ermənistan oyunbazlıq edərək əldə olunmuş taktiki razılıqların strateji anlaşmaya çevrilməsinə imkan vermədi. Bütün dünya bunu bilir ki, Ermənistan həm siyasi cəhətdən, həm də hərbi-texniki cəhətdən Azərbaycandan qat-qat zəifdir. Bunu biz yox, xarici ekspertlər deyir.
Onların qənaəti bundan ibarətdir ki, Azərbaycan hərbi sənaye baxımından Ermənistanı ən azı 4 dəfə üstələyir. Aprel döyüşləri də bunu təsdiq etdi. Ermənistan elə hey deyirdi ki, biz qalibik və torpaqlar bizimdir. Onlar hələ ki, çətinliklə torpaqları saxlaya bilirlər. Ona görə yox ki, Azərbaycanın qüdrəti yoxdur. Ona görə ki, Azərbaycan siyasi proseslərin hamısını nəzərdən keçirir və çalışır ki, müharibə olmasın.
Nikol Paşinyanın xanımı dəfələrlə dedi ki, Qarabağda həlak olmuş uşaqların hamısı qurbanlardır.
O, dolayısı yolla bildirirdi ki, müharibəni saxlamaq və Azərbaycanla razılığa gəlmək onun ərinin iqtidarında deyil. Ona görə də bu adamın gücü çatmır desin ki, "mən müharibə etmək istəmirəm, gəlin torpaqları qaytaraq və danışıqlar aparaq”.
T.Abbasov bildirib ki, xarici işlər naziri E.Məmmədyarovun bəyanatı artıq son mesaj anlamına gəlir:
"Nazir açıqlamasında ermənilərə başa salır ki, artıq seçim yoxdur. Ya danışıqlar, ya da ki müharibə. Əgər xarici işlər naziri açıq bəyanat verirsə, deməli bu, zarafat deyil. Ona görə də artıq ermənilər öz günlərinə ağlamalıdırlar”.
Qeyd edək ki, xarici işlər naziri Elmar Məmmədyarov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlama verərək bildirib ki, ermənilər onunla razılığa gəlməsələr, Zakir Həsənovla anlaşmalı olacaqlar.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər - FOTO
16:16 12.10.2026
Aktual
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
15:51 12.10.2026
Gündəm
Qaradağda məktəb direktorunun maşını yandırılıb
15:49 12.10.2026
Hadisə
Azərbaycan Türk Ocağı MÜRACİƏT ÜNVANLAYIB
15:47 12.10.2026
Aktual
Separatizmin sonu ədalət məhkəməsidir - RƏY
15:21 12.10.2026
Aktual
Putin Ukraynada seçki günü atəşkəsə hazırdır
15:12 12.10.2026
Dünya
Babək rayonunda üçəm doğulub
14:54 12.10.2026
Cəmiyyət
Şakira Qırğızıstana 30 milyon dollar qazandıracaq
14:51 12.10.2026
Mədəniyyət
Avropa İttifaqı Rusiyaya qarşı 1600 yeni sanksiya tətbiq edəcək
14:37 12.10.2026
Dünya
Lavrov: Zelenski atəşkəsə layiq deyil
14:31 12.10.2026
Dünya
“Şiddət heç vaxt çıxış yolu deyil” - EKSPERT
14:10 12.10.2026
Cəmiyyət
ATƏT sədri Gürcüstana səfər edəcək
13:56 12.10.2026
Dünya
Rusiyada azərbaycanlıların olduğu gəmi VURULDU
13:30 12.10.2026
Hadisə
“Bu, təhsilin inkişafına xidmət edir” - Misir Mərdanov
13:20 12.10.2026
Elm və Təhsil
Ətin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA
13:02 12.10.2026
İqtisadiyyat