Yalan ölüm xəbəri yaymaq ölüm qədər dəhşətlidir
08:46 17.08.2018
Arxiv
1127
Dəqiqləşdirmə aparmadan sosial şəbəkələrdə yayılan xəbərləri tirajlamaq doğru deyil
Dünən sosial şəbəkədə yayılan məlumata görə, İçərişəhərdə, "Qız qalası”nın yaxınlığında yerləşən və oxucular arasında "Elman dayının kitab dükanı” kimi məşhur olan mağazanın satıcısı vəfat edib. Qeyd edək ki, Elman Mustafayev 1978-ci ildən fəaliyyət göstərən bu kitab mağazasında 1985-ci ildən bəri çalışır.
Buna qədər isə o, 13 il "Fəvvarələr Meydanı”nda yerləşən Tədris Pedaqoji Kitab Mağazasının müdiri, daha sonra isə 1980-ci ildə açılmış Bakı Kitab Evinin ilk direktoru olub. Yayılan məlumatdan bir qədər sonra Elman dayının ölüm xəbərinin yalan olması üzə çıxıb. Məlumatı paylaşan tədqiqatçı Dilqəm Əhməd yalan məlumatı paylaşdığı üçün üzr istəyib və Elman dayının sağ olması xəbərini verib. O bildirib ki, Elman dayının qızı ilə danışılıb və xəbərin düzgün olmadığı üzə çıxıb. Qeyd edək ki, bu məsələ dəqiqləşdirilməmiş ölüm xəbərlərinin yayılması ilə bağlı baş verən ilk hal deyil.
Bir müddət əvvəl Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış musiqiçi Həsənağa Sadıqovun vəfat etməsi barədə Hacı Nuran sosial mediada məlumat yaymışdı. "Yenicag.az” sənətkarın ailəsilə əlaqə saxlayıb. Oğlu Elşən Sadıqov atasının dünyasını dəyişmədiyini, Hacı Nuran bilmədən belə xəbər yaydığını deyib.
Ən pisi də odur ki, dəqiqləşdirilməmiş ölüm xəbərləri sadəcə sosial şəbəkələrdə yayılmaqla qalmır, bir sıra media orqanları da ailəsi, yaxınları ilə əlaqə saxlamadan həmin statuslardan xəbər hazırlayır. Xatırlayırsınızsa, tanınmış meyxanaçı Ağakərimin ölümü barədə yayılan dəqiqləşməmiş xəbər anasının ölümünə səbəb olmuşdu. Dəqiqləşdirilməmiş məlumat yayan belə "jurnalistlər”in bəhanəsi də var: bu xəbər sosial şəbəkələrdə yayılıb. Adamlar belə olmalıymış kimi, məsələyə heç məsuliyyət daşımadıqlarını da bildirirlər...
Ekspertlər isə hesab edir ki, sosial şəbəkələrdə yer alan, xüsusən yalançı profillərdən yayılan məlumatları dəqiqləşdirmədən xəbərə çevirmək olmaz. Bu, yanlış yanaşmadır. Həmçinin, sosial şəbəkələrdə yalan məlumat verənlərin özləri də bu məsələdə məsuliyyəti dərk etməlidirlər.
Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərlinin fikrincə, insanlar xəbər yayarkən xəbər standartlarını dəqiq bilməli və ona mütləq şəkildə əməl etməlidirlər. Bu standartlar boşluqdan yaranmayıb. Hər hansı bir şəxs haqqında ortada ölüm hadisəsi olmasa belə, dəqiqləşdirmədən məlumat yaymağın özü ölüm qədər ağır nəticələr doğurur.
İstənilən xəbəri yazarkən onun ətrafında mütləq araşdırma aparmaq və qarşı tərəfin fikirlərini öyrənmək lazımdır. Əgər həmin xəbər birbaşa insan ölümü ilə bağlıdırsa, bu məsələdə daha dəqiq olmalı, bir neçə mənbədən, o cümlədən, hüquq-mühafizə orqanlarından rəy öyrənməyə ehtiyac var.
Sosial şəbəkələrdə yazılan status və ya şərhlərin xəbər kimi təqdim olunmasını doğru hesab etməyən M.Ələsgərli sosial medianı istinad mənbəyi hesab etmir.
Belə ki, "KİV haqqında” qanunun 62-ci maddəsində xəbər istehsalçılarının yalnız informasiya agentliklərinin məhsulunu araşdırma aparmadan yaymaq hüququ olduğu qeyd edilib. Həmçinin saytlar zaman-zaman KİV-də yer alan, təkzib olunmamış xəbərləri də yaya bilərlər: "Digər mənbələrdən götürülən xəbərlərin ictimaiyyət üçün maraqlılığı, hadisənin mahiyyəti aydınlaşdırılandan və mütləq araşdırılma aparıldıqdan sonra yayılmalıdır. Dəqiqləşdirilməmiş xəbər yayılmamışdan sonra belə nəticəyə gəlinir ki, xəbəri yayanlar ya bu hadisədə maraqlı, ya qərəzlidirlər, ya da ümumiyyətlə, jurnalist deyillər və peşəkarlıqdan xəbərləri yoxdur. Onlar istənilən halda dəqiqləşməmiş xəbər yaydıqlarına görə hüquqi məsuliyyətə cəlb olunmalıdırlar. Qarşı tərəfin hüququ var ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etsin və həmin şəxslər haqqında hüquqi qaydada ölçü götürülməsinə nail olsun. Bu məsələdə həmin şəxsləri media peşəkarlığı baxımından müdafiə etmək üçün hər hansı bir istinad mənbəyi yoxdur”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media