"Başqa siyasi partiyalar çox məhdud miqyasda və az sayda insanların dəstəyi ilə yaranırdı. Lakin Yeni Azərbaycan Partiyasının təsis konfransında bariz görsəndi ki, təşkilat məhz xalqın dəstəyi ilə qurulur. Orada iştirak edən şəxslər Azərbaycanın ən müxtəlif yerlərindən olduqca mürəkkəb bir şəraitdə Naxçıvana gəlmişdilər. Konfransda iştirak edənlərin sayından dəfələrlə çox insan yeni siyasi birliyin quruculuq prosesində yer almaq istəyirdilər. Əlbəttə, bu hadisənin kökündə Ümummilli liderin şəxsiyyətinin böyüklüyü və ictimaiyyətin ona bəslədiyi ümidlər dayanırdı.
"YAP məhz xalqın dəstəyi ilə quruldu"- Tarixi gün və yeni mərhələ
10:28 15.10.2018
Arxiv
914
Aydın Quliyev:"YAP-ın yaradılmasının kökündə Ümummilli liderin şəxsiyyətinin böyüklüyü və ictimaiyyətin ona bəslədiyi ümidlər dayanırdı"
"Başqa siyasi partiyalar çox məhdud miqyasda və az sayda insanların dəstəyi ilə yaranırdı. Lakin Yeni Azərbaycan Partiyasının təsis konfransında bariz görsəndi ki, təşkilat məhz xalqın dəstəyi ilə qurulur. Orada iştirak edən şəxslər Azərbaycanın ən müxtəlif yerlərindən olduqca mürəkkəb bir şəraitdə Naxçıvana gəlmişdilər. Konfransda iştirak edənlərin sayından dəfələrlə çox insan yeni siyasi birliyin quruculuq prosesində yer almaq istəyirdilər. Əlbəttə, bu hadisənin kökündə Ümummilli liderin şəxsiyyətinin böyüklüyü və ictimaiyyətin ona bəslədiyi ümidlər dayanırdı.
"1992-ci il 16 oktyabr günü ziyalıların ümummilli lider Heydər Əliyevə müraciət etməsi Azərbaycandakı prosesləri kökündən dəyişdirən tarixi əhəmiyyətli hadisə idi”.
Bunu "Sherg.az”a açıqlamasında "Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
Yeni Azərbaycan Partiyasının təsis edilməsi prosesini və onun Azərbaycan dövləti üçün əhəmiyyətini dəyərləndirən baş redaktor bildirib ki, Azərbaycan ziyalılarının Naxçıvanda Ali Məclisin sədri olan Heydər Əliyevə müracəti və siyasi təşkilatın yaranması ilə bağlı prosesi başlatması yeni mərhələnin əsasını qoydu:
"Bu hadisə Azərbaycanın ümumi vəziyyətində və ölkənin gələcək inkişafında nəzərə çarpacaq dərəcədə dəyişiklik yaratdı. O zaman yaşananlar mənim üçün çox qiymətlidir, çünki şəxsən özüm hadisələrin iştirakçısı olmuşam. Ziyalıların Ulu öndər Heydər Əliyevə ünvanladıqları və "Səs” qəzetində dərc edilən müraciətin kökündə duran mühüm proseslərdən xəbərdaram idim.
Sonrakı mərhələdə Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının yaranması ilə bağlı ziyalıların təklifinə razılıq verməsi və Naxçıvanda təsis konfransının keçirilməsi hadisənin də iştirakçısı olmuşam. Təsis konfransına şəxsən qatılmışam və yeni partiyanın yaranmasının nə qədər böyük bir ictimai sifariş və ictimai dəstək çərçivəsində baş verdiyini görmüşəm”.
A.Quliyevin sözlərinə görə, elə ilk konfransda aydın oldu ki, Azərbaycanın sonrakı taleyində böyük rol oynaya biləcək bir təşkilatın yaranma prosesi gedir:
"Başqa siyasi partiyalar çox məhdud miqyasda və az sayda insanların dəstəyi ilə yaranırdı. Lakin Yeni Azərbaycan Partiyasının təsis konfransında bariz görsəndi ki, təşkilat məhz xalqın dəstəyi ilə qurulur. Orada iştirak edən şəxslər Azərbaycanın ən müxtəlif yerlərindən olduqca mürəkkəb bir şəraitdə Naxçıvana gəlmişdilər. Konfransda iştirak edənlərin sayından dəfələrlə çox insan yeni siyasi birliyin quruculuq prosesində yer almaq istəyirdilər. Əlbəttə, bu hadisənin kökündə Ümummilli liderin şəxsiyyətinin böyüklüyü və ictimaiyyətin ona bəslədiyi ümidlər dayanırdı.Çox yaxşı haldır ki, Ulu Öndər Azərbaycan xalqının ona bəslədiyi ümidləri yüksək səviyyədə doğrultdu və təsdiq etdi ki, 1992-ci ildə Azərbaycan xalqı çox düzgün seçim edib. Həmin seçimin nəticəsi olaraq bugün dinamik şəkildə inkişaf edən, daxildəki bütün böhranlara son qoyan, dünya miqyasında üstün mövqeyə malik olan bir Azərbaycan əldə etmişik. Bu baxımdan 16 oktyabr gününü və ondan sonrakı prosesləri analoqu olmayan hadisələr kimi dəyərləndirmək və hər zaman xatırlamaq lazımdır”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Suriya İrana xəbərdarlıq etdi
18:37 07.09.2026
Dünya
SEPAH: Oman sahillərindən keçən gəmiləri də vuracağıq
17:36 07.09.2026
Dünya
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb
17:33 07.09.2026
Hadisə
Sülh danışıqları başlayır, amma müharibə SƏRTLƏŞƏ BİLƏR - ŞƏRH
17:31 07.09.2026
Gündəm
Şahdağ və Şamaxıya dolu düşüb - HAVA DURUMU
16:59 07.09.2026
Ekologiya
Rafael Qrossi: BMT-nin növbəti baş katibi mən ola bilərəm
16:37 07.09.2026
Dünya
Yəmən Silahlı Qüvvələri əks-hücumda: Ölkəyə nəzarət bərpa edilir
16:21 07.09.2026
Dünya
Qubada kanaldan meyit tapılıb
16:06 07.09.2026
Hadisə
AZAL: Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb
15:49 07.09.2026
İnfrastruktur
Davutoğlu bu gün ifadə verəcək
14:53 07.09.2026
Dünya