Yaponiyada erməni təxribatının qarşısı alındı
20:49 26.09.2017
Arxiv
547
“Meydanı boş qoymaq olmaz”
Yaponiyada keçirilən "Tourism Expo Japan” sərgisində Ermənistan tərəfi növbəti təxribata əl atmağa çalışıb. Ermənilər uzaq Şərqdə Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimi təbliğ edən materiallar yerləşdirməyə cəhd göstəriblər. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Yaponiyadakı səfirliyimizin vaxtında müdaxiləsi ilə qondarma rejimin siyasi təbliğatının qarşısı alınıb.
Nəticədə beynəlxalq sərgidə Azərbaycan stendinin təqdim olunması ilə ölkəmizin turizm potensialı barədə Yaponiya ictimaiyyətinə obyektiv məlumat çatdırılıb. Əslində düşmən ölkənin lobbisi dünyanın əksər dövlətində çirkin təbliğatla məşğul olur. Ermənistanın təxribat xarakterli addımlarının bəzisi zərərsizləşdirilsə də, təəssüflər olsun ki, bir sıra addımların qarşısını almaq mümkün olmur. Nəticədə ermənilər istədikləri kimi yalan təbliğatla məşğul olur, Dağlıq Qarabağı Ermənistanın "ərazisi” kimi təqdim edirlər.
Tez-tez xarici səfərlərdə olan tanınmış jurnalist, siyasi şərhçi Azər Həsrət "Şərq”ə açıqlamasında deyib ki, erməni təxribatları ilə mübarizə aparmağın çox sadə yolu var. Ekspertin sözlərinə görə, bir an öncə müdafiədən çıxıb, hücuma keçməliyik:
"Yəni oturub gözləməməliyik ki, ermənilər hardasa nəsə edəcək, biz də onun qarşısını alacağıq. Demək istədiyim odur ki, xaricdəki nümayəndəliklərimiz daha fəal olmalıdır. Düşmənin istənilən addımı, hətta niyyəti əvvəlcədən zərərsiz hala gətirilməlidir. Təəssüf ki, bir çox səfirliklərimizin varlığı ilə yoxluğu bilinmir. Ermənilər də bu fürsətdən belə istifadə edirlər. Meydanı boş qoymaq olmaz. Biz olmayan yerdə mütləq ermənilər olacaq”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya