
Yazıçı da NARAZIDIR: “I sinif şagirdi, elə bil, kəşfiyyatçı əsgərdir”
12:46 30.04.2019
Arxiv
993
Mirmehdi Ağaoğlu: “1-ci sinif uşağı özündən ağır çantanı götürür və dərsə gedib çatana kimi artıq yolda yorulur”“Ümumiyyətlə, 1-5-ci sinfilərdə məktəb daha çox əyləncə üzərində qurulmalıdır, şagird yüklənməli deyil”
Valideynlərin gileyləndiyi məqamlardan biri məktəbli çantalarının həddindən artıq ağır olmasıdır. Bu mövzuda dəfələrlə müxtəlif müzakirələr aparılsa da, mövcud durum dəyişmir. Dərs yükü azmış kimi, məktəblilərin digər "dərd”i ağır çantalardır.
Həkimlər də ağır çantaların uşaqlar üçün təhlükəli olduğu bildirirlər. Belə ki, normadan çox ağırlıq onurğa sütununun əyilməsinə gətirib çıxara bilir. Digər tərəfdən isə özündən ağır çantanı məktəbə daşıyan şagird dərs başlamamış yorulur.
Sözügedən məsələ ilə bağlı narahatlıq duyduğunu deyən yazıçı Mirmehdi Ağaoğlu "Sherg.az”a açıqlamasında məktəbli çantaların həddindən artıq ağır olduğunu deyib:

"Son zamanlar təkərli çantalar dəb halını alıb, heç olmasa, uşaqlar onu az da olsa daşıya bilirlər. Fikrimcə, kitablar hazırlananda elə bir standart olmalıdır ki, uşaqların çantası mümkün qədər yüngül olsun. Eyni zamanda dərslər elə bölünməlidir ki, 1-3-cü sinif uşaqları daha çox şifahi yönləndirilsinlər.
Bəzən görürsən ki, şagird məktəb çantasından əlavə əmək dərsi və yemək üçün də 2 çanta daşıyır. Elə bil, uşaq kəşfiyyatçı əsgərdir və düşmən ərazisinə kəşfiyyata gedir. Heç kəşfiyyatçılar elə yüklənmirlər. Bu da uşaqların psixologiyasına təsir göstərir.
Çünki yorulurlar, çantanı apara bilmirlər. Çantalar üçün standart çəki müəyyənləşdirilməlidir. Burada elə də böyük riyazi əməliyyat yoxdur. Dünyanın qabaqcıl təhsil sistemlərində müəyyən standartlar var. Bəzi ölkələrdən nümunələr götürmək olar. Düşünürəm ki, uşağın çantasının çəkisi özü daşıya biləcək qədər olmalıdır.
Dərslərin bölgüsü elə seçilməlidir ki, uşaqlar dərsə daha az yüklə gedə bilsinlər. 1-ci sinif uşağı özündən ağır çantanı götürür və dərsə gedib çatana kimi artıq yolda yorulur. Bütün bunlar uşağın onurğası üçün də zərərlidir. Uşaq dərslərdən bezir. Halbuki şagirdlər məktəbə sevgi ilə getməlidir. Ümumiyyətlə, 1-5-ci sinfilərdə məktəb daha çox əyləncə üzərində qurulmalıdır, şagird yüklənməli deyil”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Moskava anti-Azərbaycan təbliğatı yenidən güclənir - RƏY
14:53 21.08.2026
Siyasət
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:12 21.08.2026
Dünya
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə
İtlər bu yaşda qocalırlar
12:09 21.08.2026
Maraqlı
Elm dünyası şokda! Yeni orqan kəşf edildi
11:31 21.08.2026
Sağlamlıq
Alyaskada təyyarə qəzaya uğrayıb, 8 nəfər ölüb
10:54 21.08.2026
Dünya
MSK sədri Qazaxıstanda parlament seçkilərini müşahidə edəcək
10:31 21.08.2026
Siyasət
Suren Papikyana qarşı üsyan başlayır
10:28 21.08.2026
Region
KİV: Çin süni intellekt sahəsində ABŞ-yə sürətlə yaxınlaşır
09:57 21.08.2026
Dünya
Vyetnam rusları deportasiya etdi
09:49 21.08.2026
Dünya