Yeni OPEC+ sazişi dekabrda imzalana bilər




Yeni OPEC+ sazişi dekabrın 7-də imzalana bilər.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Fələh bildirib.

Onun sözlərinə görə, saziş müddətsiz olacaq və o, yanvar ayından etibarən hasilatın tənzimlənməsinə imkan verəcək.