"YouTube"a şok ittiham: Uşaqların məlumatları qanunsuz toplanır
11:09 09.04.2018
Arxiv
657
İnsan haqlarını müdafiə edən təşkilatlar "YouTube” video xidmətini 13 yaşına çatmamış uşaqlar haqqında məlumatları qanunsuz toplamaqda günahlandırıblar.
İKT.lent.az-ın CNN-ə istinadən verdiyi xəbərə görə, 20 qurum ABŞ-ın Federal Ticarət Komissiyasına müraciət edərək internetdə uşaqların məlumatlarının gizliliyinin qorunması haqqında qanunun (Children's Online Privacy Protection Act - COPPA) tələblərinin "YouTube” tərəfindən pozulması hallarının araşdırılmasını istəyib. Bu qanun 13 yaşdan aşağı olan uşaqlar haqqında məlumatların toplanmasını qadağan edir. Bunu edən şirkətlər mütləq valideynləri xəbərdar etməli və onların icazəsini almalıdır.
Şikayətdə bildirilir ki, şirkət 23 milyondan çox uşağın hüquqların pozub və bu səbəblə "YouTube”un məxsus olduğu "Google” azı 41 milyon dollar miqdarında cərimə olunmalıdır. Qeyd olunur ki, "Google” "YouTube”da uşaqlar haqqında məlumatların yığılması və istifadəsindən böyük gəlir qazanır: "Bu qanunsuz yığım artıq xeyli müddətdir davam edir və ABŞ-da on milyonlarla uşağı əhatə edir”.
"YouTube” məlumatları müxtəlif kanallara abunəçilik vasitəsilə əldə edir. Onların köməyi ilə şirkət insanların maraqlarını, arzularını öyrənir və müvafiq reklamlar təqdim edir.
"Uşaqların və ailələrin müdafiəsi hər zaman bizim üçün prioritet olub. Biz şikayəti diqqətlə öyrənəcək və müvafiq qiymət verəcəyik”, - deyə "Google”dan bildirilib.
Qeyd edək ki, "YouTube”un qaydalarına əsasən yalnız 13 yaşdan böyük olanlar qeydiyyatdan keçə bilər. Lakin qeydiyyat zamanı "mənim 13-dən çox yaşım var” cümləsinə "quş” qoymaqla bu qadağanı asanlıqla aşmaq olur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zakir Həsənov Belarus müdafiə naziri ilə görüşüb - VİDEO
18:11 15.09.2026
Gündəm
Zaxarova: Paşinyana belə də çatdırın, onu lənətləyəcəklər
17:53 15.09.2026
Siyasət
Kriştianu Ronaldu "Əl-Nəsr" klubunun sahiblərindən biri ola bilər
17:39 15.09.2026
Futbol
Sabirabadda uşaq ölü doğulub - YENİLƏNİB
17:10 15.09.2026
Hadisə
“Azərşəkər”dən kiçik məktəblilərə böyük sevinc
17:10 15.09.2026
Ölkə
108 İLİN XATİRƏSİ: Türk ordusunun Naxçıvana köməyi
17:09 15.09.2026
Tarix
Husilər: Səudiyyə Ərəbistanını hədəfə almaq qanuni haqqımızdır
17:01 15.09.2026
Dünya
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol