Yumurta və toyuq əti niyə bahalaşıb ? - SƏBƏB BİLİNDİ
13:09 18.07.2018
Arxiv
1163
Azərbaycanda yumurtanın və toyuq ətinin qiyməti artıb. Məhsulların əvvəlki və sonrakı qiymətlərinin arasında 80-90 faiz artımın olması əhalinin ciddi şəkildə narazılığına səbəb olub. Ekspertlər bu qiymət artımının quş yeminin bahalaşması ilə izah edir.
Məsələyə aydınlıq gətirən iqtisadçı-ekspert Nazim Bəydəmirli "Sherg.az”a bildirib ki, quş əti və yumurtada maya dəyərinin əsasını yem məhsulları təşkil edir:
"Ölkəmizdə istehsal olunan yem məhsulları daxili təlabatı tam ödəmir. Buna görə də, quşlar üçün hazırlanan yemlər və onların tərkibindəki konsentratlar, proteinlər və digərlər məhsullar xarici ölkələrdən idxal olunur.
Həmin məhsullar Türkiyə, Ukrayna, Rusiya və Qazaxıstandan gətirilir. Hazırda istifadə olunan yem ehtiyatları ötən il idxal olunan və ya öz fermerlərimizin istehsal etdiyi məhsullarıdır.
Amma biçin dövrünün yeni başladığı üçün iyun, iyul aylarında bu sahədə keçid dövrü yaranıb. Bununla da bağlı olaraq yem məhsullarının qiyməti artıb. Yemin qiymətinin qalxmasından dolayı quş ətinin və yumurutanın qiymətində bahalaşmalar olub.
Bizim kənd təsərrüfatında bütün sahələr normal inkişaf etsəydi, belə bir hal yaşanmazdı. Hazırda istər paryaxtda, istərsə də rayonlarımızda yerləşən yem zavodları daxili tələbatı tam ödəyə bilmir.
Çünki həm bu sahədə zavodların sayı azdı, həm də onların texniki vasitələri müasir standartlara cavab verəcək səviyyədə deyil. Bu sahələrdə stabillik yaransa, belə bir qiymət artımı ilə heç vaxt qarşı-qarşıya gəlmərik.
Fikirimcə, Quşçular Birliyi və Kənt Təsərüfatı Nazirliyi daha çox yerli məhsullar hesabına istehsal sahəsi qurub, onun saxlanılmasını və il boyu tarazlı olaraq bazara çıxarılmasını təmin etmək üçün müxtəlif infrastuktur qurmalıdır”.
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət