"Hazırda rusca danışa bilir, kitab oxuyur, filmə baxır. Amma orta məktəbdə rus dili dərsi keçən böyük qızım bunların heç birini bacarmır. Rus dili keçməsələr, ondan yaxşıdı. Azərbaycan sektorunda "da” və "net”dən başqa heç nə öyrədə bilmirlər. Mən əlavə pul tökməliyəm ki, böyük qızım da rusca öyrənsin. Buna isə maddi imkanım yoxdu.
"Yüzlərlə ingilis dili müəllimi tanıyıram ki, bu dildə danışa bilmir" - BİABIRÇILIQ
09:15 23.08.2017
Arxiv
926
Sevinc Elsever: "Görünür, həftədə iki, üç dəfə ingilis dili, həftədə bir dəfə rus dili dərsi keçməklə, uşaqlarımız heç nəyə nail olmur"
"Uşaq göz açıb, ana dilində danışıbsa, ikinci dildə təhsil alsa belə, sadəcə mütaliə etməklə ana dilini mükəmməl mənimsəyəcək”.
Bu barədə "Sherg.az”a "Evdə valideynlərin iki dildə danışması uşaqlarda nitq problemi yaradır" iddiasına münasibət bildirərkən şair - publisist Sevinc Elsever bildirib.
Qızının birinin rus bölməsində təhsil aldığını deyən S.Elsevər övladına rus dilini yaxşı öyrətməyi qarşısına məqsəd qoyduğunu vurğulayıb:
"Hazırda rusca danışa bilir, kitab oxuyur, filmə baxır. Amma orta məktəbdə rus dili dərsi keçən böyük qızım bunların heç birini bacarmır. Rus dili keçməsələr, ondan yaxşıdı. Azərbaycan sektorunda "da” və "net”dən başqa heç nə öyrədə bilmirlər. Mən əlavə pul tökməliyəm ki, böyük qızım da rusca öyrənsin. Buna isə maddi imkanım yoxdu.
"Hazırda rusca danışa bilir, kitab oxuyur, filmə baxır. Amma orta məktəbdə rus dili dərsi keçən böyük qızım bunların heç birini bacarmır. Rus dili keçməsələr, ondan yaxşıdı. Azərbaycan sektorunda "da” və "net”dən başqa heç nə öyrədə bilmirlər. Mən əlavə pul tökməliyəm ki, böyük qızım da rusca öyrənsin. Buna isə maddi imkanım yoxdu.İngilis dilini də eləcə keçirlər. Uşaq 11 il ingilis dili öyrənir orta məktəbdə, amma ingiliscə danışa bilmir. Mən yüzlərlə ingilis dili müəllimi tanıyıram ki, orta məktəblərdə dərs deyirlər, ingiliscə danışa bilmirlər. Bu, olduqca təssüfləndiricidir. gülməlidir. Deməli, biz nəyisə düz eləmirik. Amma rus bölmələrində, bahalı illik ödənişi olan ingilisdilli məktəblərdə uşaqlar dili öyrənir. Bütün dərsləri xarici dildə keçəndə uşaq istər-istəməz həmin dili mənimsəyir, amma sıradan fənn kimi öyrənəndə yox.
Görünür, həftədə iki, üç dəfə ingilis dili, həftədə bir dəfə rus dili dərsi keçməklə, uşaqlarımız heç nəyə nail olmur. Ya dərslərin keyfiyyəti artırılmalıdı, ya kəmiyyəti. Əlavə hazırlığa getməyən uşaqlar heç qrammatikanı da doğru-dürüst öyrənmirlər. Xarici dil öyrədilən uşaqlardan summativ imtahanları vermək tələb olunur. Amma danışmaq yox. Mexaniki test elə, 5 al. Nə olsun? Bunun nə xeyri var? Dərslərin üslubu dəyişməlidir. Sistem yenilənməlidir”.
Rus dilində təhsil alan övladının ana dildə danışıq qabiliyyətinə də toxunan xanım yazar qızının dilin incəliklərinə bələd olması üçün çalışdığını söyləyir:
"Mən ona hər iki dildə bədii ədəbiyyat oxutdururam. Bunun sayəsində ana dilinin incəliklərinə bələd olur. Çünki göz açıb bu dildə danışıb. Sadəcə ,dil ehtiyatını artırmaq, nitqini mükəmmələşdirmək üçün bədii ədəbiyyat oxumağı kifayət edir.
Bir ara söz gəzirdi ki, rus bölmələrini bağlayacaqlar. Onda narahat oldum ki, özəl məktəblərdə rus bölmələrini çoxaldıb, dövlət məktəblərində bağlamaq istəyirlər. Mən arzu edərdim ki, dövlət məktəblərində də ingilisdilli qruplar açılsın. Kasıblar da uşaqlarını ingiliscə oxuda bilsinlər. Gələcəyimiz üçün bu çox vacibdir!”
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı
01:59 26.09.2026
Şou
Azərbaycan və Seneqal arasında memorandum imzalanıb
01:20 26.09.2026
Siyasət
İran ABŞ-yə Hörmüz boğazı ilə bağlı yeddi günlük plan təqdim edib
00:58 26.09.2026
Gündəm
Hakan Fidan ABŞ-da Abbas Əraqçi ilə görüşüb
00:40 26.09.2026
Region
Dünya ulduzunun Rusiyadakı konsertləri ləğv edildi
23:13 25.09.2026
Şou
Bu ölkədə benzin rekord qiymətə qalxdı
22:41 25.09.2026
Dünya
Putin: Rusiya Avropa ilə hərbi əməliyyatlara hazırlaşmır
21:49 25.09.2026
Aktual
Ərdoğan BMT-də Netanyahuya ad çəkmədən mesaj verdi
21:33 25.09.2026
Gündəm
Ermənistan-Rusiya münasibətləri daha da pisləşə bilər - Politoloq
21:30 25.09.2026
Siyasət
Putin Si Cinpin və Trampın danışıqları barədə: “Qısqanmıram”
21:09 25.09.2026
Dünya
Çətir və gödəkçələri hazırlayın: 7-8 gün yağış yağacaq
20:42 25.09.2026
Ekologiya
Rusiya ordusu Kiyevə zərbə endirdi: ölənlər var
20:37 25.09.2026
Gündəm
Azərbaycanın U-21 millisi Çexiya millisi ilə heç-heçə etdi
20:29 25.09.2026
Futbol